Oliqarx-məmurlar Naxçıvanda ev tikdirir!

Ramiz Mehdiyev, Kəmaləddin Heydərov muxtar respublikada özlərinə sığınacaq hazırlayırlar

 Dünən Naxçıvan Muxtar Respublikasından qəzetimizə maraqlı bir məlumat daxil olub. Muxtar respublika sakini redaksiyamıza bildirib ki, son bir ərzində Şərur rayonunda və Naxçıvanın mərkəzində ona yaxın villanın inşa edilməsinə başlanılıb. Məlumat verən sakin bildirir ki, bu villilar Azərbaycan iqtidarından yüksək vəzifə tutan oliqarx-məmurlara məxsusdur. İddia olunur ki, həmin mülklərin sahibləri arasında Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da var. Hətta bildirilir ki, bu villaların sahibləri arasında dövlət başçısı İlham Əliyevin də adı çəkilir. Maraqlıdır ki, bu məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində bir neçə əlavə mənbə ilə də əlaqə saxladıq. Mənbə informasiyanı təsdiqlədi. Bildirdi ki, məmurların Naxçıvanda özlərinə villa tikmələri ilə bağlı informasiyalar həqiqətə uyğundur. Hətta mənbələrimiz yaxın günlərdə bu villa şəhərciyinin fotolarının da redaksiyamıza təqlim ediləcəyini bildirdi. Başqa bir mənbə isə iddia etdi ki, villaları Türkiyənin məşhur tikinti şirkəti olan və hazırda Bakı şəhərində iri tikinti layihələri həyata keçirən DİA Holdinq inşa edəcək.

Hər halda bu informasiya da bir daha onu göstərir ki, artıq oliqarx-məmurlar özləri üçün ehtiyat yaşayış məskənləri seçirlər. Onların niyə məhz Naxçıvanı seçmələri isə kifayət qədər diqqəti çəkəndir. Böyük ehtimalla istənilən anda iqtidarın aparıcı şəxsləri özlərini muxtar respublikada daha çox güvəndə hiss edərək, balaca bir respublika quracaqlarına əmindirlər.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button