Oliqarxın yaxtası Quşadasında yanacaq doldurur: 23 tanker, yarım milyon dollar…

Türkiyənin Aydın vilayətinin Quşadası rayonundakı Ege Port limanına yan almış Rusiyanın metallurgiya kralı, 69 yaşlı Viktor Raşnikova məxsus, 144 metrlik “Ocean Victory” adlı iri yaxtanı yanacaqla doldurmaq üçün 23 yanacaq daşıyan   yük maşını növbəyə durub.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Raşnikov ailəsi ilə birlikdə təyyarə ilə Bodrumdan Rusiyaya yollansa da, 300 milyon dollarlıq, 8 mərtəbəli, 50 nəfər şəxsi heyətə malik yaxtası yanacaq doldurmaq üçün dünən Quşadasına gəlib.

Bildirildiyinə görə, yaxtanın yanacaq çəni 518 ton həcmindədir və 23 yük maşınının doldurduğu yanacaq onun sahibinə 2,5 milyon TL-yə (500 min dollardan çox) başa gəlib.

Bundan sonra yaxta Yunanıstanın Afina limanına doğru hərəkət edib.

“Ocean Victory” yaxtasının uzunluğu 144 metrdir. O, 8 mərtəbədən ibarətdir və dünyanın 10 lüks yaxtasından biridir. Yaxtada 13 kayut, 7 göyərtə, 6 üzgüçülük hovuzu, gözəllik salonu, hamam, kinozal, tennis kortu, su idmanı mərkəzi, fitnes salonu və 14 metr uzunluğunda üzə bilən səyyar liman mövcuddur.

50 nəfərlik şəxsi heyətə malik yaxtada vertolyot və bununla yanaşı, açılıb-bağlanan vertolyot anqarı da var. “Ocean Victory” saatda 25 düyün (1 düyün = 1 dəniz mili = 1852 metr) sürətlə hərəkət edə bilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button