“Oliqarxların kökü kəsilməsə heç nə alınan deyil…”

Ələsgər Məmmədli: ”Ermənistandakı son hadisələr hökumətin belə addımlar atmasına səbəb olur”

Milli Məclis mayın ilk həftəsində mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilməsi haqda təkliflərə baxacaq.

Prezident tərəfindən Milli Məclisə daxil olan layihədə İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub.

Bildirlir ki, “Hərbi vəziyyət haqqında” qanunun tətbiqi zamanı məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunvericilkdə dəyişiklik və yeni normalar təklif edilir.

Əlavəyə əsasən, xüsusi icazə vərəqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən 517-2.13 maddəsinə əsasən isə yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur.

Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır.

Əlavədə, həmçinin, rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların, gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına tətbiq edilmiş xüsusi qaydaların, hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin və digər hallarda qaydaların pozulmasına görə tətbiq ediləcək cərimələr əks olunub.

Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsində cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərilib. “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra artıq cinayətin hərbi vəziyyət zamanı törədilməsi də cəzanı ağırlaşdıran hallar siyahısına daxil edilir.

Əmək Məcəlləsinin 134-cü maddəsinə isə “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” məzmununda əlavə nəzərdə tutulub.

Miqrasiya Məcəlləsinə təklif olunan düzəlişə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Bu hal əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aid edilir.

“Siyasi partiyalar haqqında” qanuna əlavə edilən 16.4-1-ci maddədə bildirilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur.

Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 min manatdan 6 min manata qədər cərimə cəzası alır.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq.

Bu hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı “Həmkarlar İttifaqları haqqında” qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna edilən əlavələrdə öz əksini tapıb.

Bundan başqa, “Xidməti və mülki silah haqqında” qanunun 19-cu maddəsinin II hissəsi düzəlişdən sonra belə səslənir: “Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlara uyğun olaraq müvəqqəti götürülməsinə yol verilə bilər.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 8-ci – Toplantının qadağan edilməsi və ya dayandırılması maddəsində müvafiq dəyişikliklər edilib.
“Müdafiə haqqında” qanunun 5-ci maddəsinin ikinci hissəsinin on ikinci abzasında edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi “Hərbi vəziyyət haqqında” qanuna uyğun olaraq cəbhəboyu zonanın hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Eyni zamanda, qanunun 14-cü maddəsinin 2017-ci ildə qəbul edilmiş “Hərbi vəziyyət haqqında” qanunun tələblərinə uyğun olaraq yeni redaksiyada verilməsi nəzərdə tutulur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirəyə çıxarılan qanun layihələri yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Hərbi vəziyyət haqqında” qanun 14 fevral 2017-ci il tarixdə qəbul edilib.

Qanun Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli .

Aksiyalarla bağlı cərimələrə görə təklifləri Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli cərimələrin yüksəldilməsi ilə bağlı hüquqi səbəb görmür:

“Çünki praktik olaraq önləyici bir durumdur. Hüquq o zaman sərtləşir ki, tədbirlər təsirsiz olur. İndiki halda qanunsuz küçə yürüşlərinə çıxan və ya buna müxtəlif formada cəhd edən də yoxdur. Amma istənilən halda bu cür sərtləşdirici təkliflərin ortalığa atılması hökumətin qorxuducu, çəkindirici kimi addımı da qiymətləndirmək olar. Xüsusən də regionda aksiyaların intensiv hal aldığını görəndə, dərhal qanunvericilikdə sərtləşdirici əlavələr edirlər. “Ərəb baharı” zamanı belə addımlar olmuşdu. Görünür, Ermənistandakı son hadisələr hökumətin belə addımlar atmasına səbəb olur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button