Rubrikalar: CƏMİYYƏT GÜNDƏM XuralTAC

Ölkə ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 24-də saat 00:00-dan etibarən aprel ayının 20-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələri, habelə onların sürücü və sərnişinlərinin respublikanın digər şəhər və rayonlarına çıxışı qadağan edilir.

DİN Baş DYP İdarəsindən report-a verilən məlumata görə, məhdudiyyət müddətinin artırılması, həmçinin qadağanın hər iki istiqamətə tətbiq edilməsi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakşılarının diqqətinə çatdırır ki, hazırda qeydiyyat ünvanından kənar şəhər və rayonlara getmiş hər bir şəxs təşkil edilmiş keçid postlarından yalnız bir dəfə qeydiyyatda olduğu ərazi istiqamətinə buraxılacaq.

DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından, xüsusilə sürücülərdən xahiş edir ki, qadağanın martın 23-dən 24-nə keçən gecə qüvvəyə minməsi nəzərə alınsın və hər bir ölkə vətəndaşının sağlamlığının qorunması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejiminə ciddi riayət edilsin.

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

ABŞ Çin ətrafında qurulan ittifaqı necə dağıtdı?-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 03 aprel 2020-ci il   Hadisələri dəyərləndirərkən, yaxın keçmişi unutmamalıyıq. Çünki çoxları qılınclarını çəkdi. Səslərini unutmadıq.…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İbrahim Məmmədov Azərbaycanda koronavirusla bağlı tendensiya haqda

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”. Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada koronavirus can almaqda davam edir: 56 min 989 ölüm-SON SİYAHI

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları  sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

BVF rəhbərindən qorxunc etiraf: Dünya iqtisadiyyatı ağır tənəzzül dövrünə daxil olub

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub. Xural.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq…

4 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı

İranda daha 134 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə…

3 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur. RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə…

3 Aprel 2020
Xural.COM