Rubrikalar: GÜNDƏM XuralTAC

Ölkədəki iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırıldı- RƏSMİ

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətifəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.

Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmışdır.

Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır.

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

ABŞ Çin ətrafında qurulan ittifaqı necə dağıtdı?-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 03 aprel 2020-ci il   Hadisələri dəyərləndirərkən, yaxın keçmişi unutmamalıyıq. Çünki çoxları qılınclarını çəkdi. Səslərini unutmadıq.…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İbrahim Məmmədov Azərbaycanda koronavirusla bağlı tendensiya haqda

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”. Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada koronavirus can almaqda davam edir: 56 min 989 ölüm-SON SİYAHI

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları  sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

BVF rəhbərindən qorxunc etiraf: Dünya iqtisadiyyatı ağır tənəzzül dövrünə daxil olub

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub. Xural.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq…

4 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı

İranda daha 134 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə…

3 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur. RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə…

3 Aprel 2020
Xural.COM