Ölkə mediasında adları ən çox hallanan BANKLAR

bank-logo-12

Media Təqib Mərkəzi 2015-ci ilin may ayı üçün medianın monitorinqinin analizini təqdim edir…

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada banklarla bağlı məlumatları təqib edir.

xural.com “A24.az” -a istinadən Media Təqib Mərkəzinin BANKLARla bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin may ayında elektron mətbuatda- sayt və portallarda banklarla əlaqəli 9140 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 569 xəbər dərc edilib.

Televiziya kanallarında isə banklar haqqında 30 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin may ayında banklar 9739 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda banklar haqqında 569 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik: 

1 Azərbaycan Beynəlxalq Bankı 248 xəbər
2 Kapital Bank 59 xəbər
3 Bank Technique 40 xəbər
4 Paşa Bank 19 xəbər
5 Unibank Kommersiya Bankı 17 xəbər

569 xəbərdən 568 xəbər neytral, 1 xəbər mənfidir. 386 xəbər nəzarətsiz, yəni, bank rəsmilərinin iştirakı olmadan, 183 xəbər isə bankın nəzarəti altında dərc olunan xəbərlərdir.

569 xəbərdən 393-də banklar haqqında qısa məzmun,61-də sırf bankla əlaqəli, 111-də bir neçə bankın adı bir xəbərdə birlikdə (nizamlı) çəkilib, 25-də bankların loqosu, 5-də isə firma nümayəndəsinin rəsmi var.

472 xəbərdə bankların adı mətndə, 97-də isə bankların adı mətnin başında çəkilib.

Hesabat dövründə televiziyada banklar haqqında 30 xəbər efirə gedib: 

1 Pakistan Milli Bankı Bakı Filialı 9 xəbər
2 Kapital Bank 8 xəbər
3 Bank Technique 6 xəbər
4 Bank Standart 2 xəbər
5 Amrahbank 2 xəbər

30 xəbərin 30-u da neytral, 15-i firmaya məxsus, 15-i qısa bəhslidir.

Hesabat dövründə sayt və portallarda bankalr haqqında 9140 xəbər yer alıb. İlk 5-liyi təqdim edirik:

1 Azərbaycan Beynəlxalq Bankı 4684 xəbər
2 Bank Technique 624 xəbər
3 Kapital Bank 395 xəbər
4 Dəmirbank 308 xəbər
5 Unibank Kommersiya Bankı 255 xəbər

9140 xəbərdən 9117 xəbər neytral, 23 xəbər mənfidir.

Mənfi xəbərlər bankın adının qanunsuz əməllərdə hallanmasıdır.

1102 xəbər sırf banklara aiddir, 1154 xəbərdə bir yazıda bir neçə bankın adı çəkilir, 6884 xəbərdə banklar haqqında qısa məlumat verilir. 5470 xəbər nəzarətli, 3670 xəbər nəzarətsizdir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button