Ölkədən milyardlar çıxaran 37 azərbaycanlı kimdir?

milyon
Dövlətin və xalqın təminatlı gələcəyi offşorlarda saxlanılırAzadliq.info yazır ki, hökumətin “yorulmaz” fəaliyyəti nəticəsində ölkə dünyada “ad” çıxarıb. Hökumətin “peşəkar” kadrları bütün çirkliəməliyyatlara barmaq bulayıblar.

Kürü diplomatiyası” gündəməgəlir hökumətimiz ordadı, Avstriyada korrupsiya ilə bağlı məhkəmə keçirilir baş bankirimizin adı orda hallanır, hansısa adada villalar ortaya çıxır məmurlarımızın adı siyahıdadır, Türkiyədə 20 milyonluaq villa alan, Bakıda 247 evə sahib olan, dünyanın ən bahalı otellərindəistirahət edən bizimkilərdi. Hətta offşorlarda pul saxlayanlar, ölkədən pul çıxaranlar da bizimkilər olur. Müxtəlif beynəlxalq agentliklərin hesabatlarında ən sonuncu yerdəAzərbaycan qərarlaşır. Hətta məlum oldu ki, son 10 ildə Azərbaycandan 95 milyard pul çıxarılıb.

Bəli, elmdə, təhsildə, iqtisadiyyatda, səhiyyədə geridə qalsaq da, qaranlıq məsələlərdəön sıralardayıq. Bugünlərdə isə daha bir fakt ortaya çıxdı. Belə ki, Britaniya hökuməti antikorrupsiya fəallarının apardığı kampaniyanın nəticəsi olaraq Londonda xarici ölkəvətəndaşları tərəfindən offşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olduğunu açıqlayıb. Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. London mülklərinin sahiblərinin siyahısını Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIC) öz saytında yerləşdirib. Bu informasiya offşor şirkətlərin qeydiyyatı ilə məşğul olan iki iri şirkətin-“Portcullis TrustNet” (Sinqapur) və “Commonwealth Trust Limited”in (Britaniya Virgin adaları) 10 ilə yaxın dövr ərzində apardığı əməliyyatlara əsaslanır. Həmin şirkətlər Londondakı mülklərin sahibləridir. Məlumat bazasında 37 Azərbaycan vətəndaşının da adı yer alır.ÿ

Xatırlayırsızsa, bir müddət əvvəl belə bir fakt ortaya çıxmışdı ki, ölkə başçısının Vircin offşorlarında 48 milyard dollar vəsaiti var. Bu məsələ xeyli müzakirə olundu, mətbuatın gündəminə düşdü və hökumətdən hesabat tələb edildi. Amma həmişəki kimi hökumət susdu və gündəmi dəyişməyə çalışdı. Indi isə məlum olur ki, offşorladan alınan mülklərin sahibləri arasında 37 Azərbaycan vətəndaşı var.

Təbii ki, offşorlara çıxış əldə etmək sıradan adamların işi deyil. Ümumiyyətlə, bu ölkədə milyardlara sahib olmaq da hər kəsə nəsib olan deyil. Heç kimə sir deyil ki, offşorlarda milyardları iri məmurlar yerləşdirir və bugünə qədər ortaya çıxan ipucları da bunu sübut edib.

Sonra da Əli Həsənov deyir ki, biz neft pullarını havaya sovurmamışıq. Amma görünən budur ki, neft pulları offşorlara sovrulub. Ölkə vətəndaşı borc içində, dövlət xarici borcdan asılı vəziyyətdə, iqtisadiyyat neftdən asılı, yerli istehsal sıfır həddindəvə milyardlar da offşorlarda.

Dünyadan yüksək faizlərlə borc alan hökumət offşorlardakı milyardların kimlərəməxsus olduğunu niyə araşdırmır? Əgər 37 nəfərin içində yüksək vəzifə tutanlar yoxdursa, hökumət ürəkli mövqe nümayiş etdirsin. Biz də bilək ki, neft pullarını hansı xırda məmur ölkədən oğurlayıb.

Amma həmişəki kimi hökumət susub. Çünki, bu ipin o biri ucu ən yuxarı mərtəbəyəqədər uzanır. Hökumət qarşısında hesabat verəcəyi xalqı görmədiyi üçün ortaya çıxan heç bir fakta münasibət bildirmir. Amma bu faktlar dövlətin gələcəyi, xalqın taleyi iləbağlıdır. Offşordakı milyardlar dövlətin təminatlı gələcəyi deməkdir, vətəndaşın ağır həyat şəraitindən qurtarmasıdır. Deməli, hökumət dövlətin və xalqın gələcəyini offşorlarda həbs edib.

37-ci il ənənələrinin davam etdiyi ölkədə, 37 nəfərin offşorlara milyardlar daşıması da təbiidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button