“Ölkəyə qayıdanda yenidən proseslərdə iştirakçı olacam”

Bu sözləri Qaynarinfo.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin eks müavi Əbülfəz Qurbanlı müzakirəyə səbəb olan facebook status ilə bağlı açıqlama verərkən deyib.
Əbülfəz Qurbanlı bildirib ki, son statusda yeni təşkilat yaratmağımla bağlı yox, ölkədə vətəndaş fəallığının təmin olunması üçün yeni strukturların yaranmasının zəruri olduğunu ifadə edib: “Hələ ki, Azərbaycandan kənardayam. Ölkəyə qayıdanda yenidən proseslərdə iştirakçı olacam. Bunun hansı formada olacağını düşünürəm. Mövcud siyasi qurumlardan birində, yoxsa yeni yaradılacaq təşkilatda? Bunu dostlarımla müzakirə edib şəraitə uyğun qərar verəcəyik”.
Əbülfəz Qurbanlının fikrincə, bütün hallarda yeni qurumlar yaranmalıdır: “Cəmiyyətdəki narazı qrupları təşkilatlandırmaq üçün buna zərurət var. Bu o demək deyil ki, mövcud olanlar daha lazım deyil və ya onlar işləmir. Olanlar davam etməlidir, yeni qurumlar yaranıb siyasi palitranı zənginləşdirməli, narazı və ehtiyatlı vətəndaşın seçim imkanını artırmalı, mübarizə cəbhəsini genişləndirməlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button