Ölümlə nəticələnən qəza törədən məmur oğluna HÖKM OXUNDU

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xural.com xəbər verir ki, məhkəmə E.İbadovun 5 il müddətinə azadlıqdan məhrum edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm çıxarıb.
Elmir İbadovun bu il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə vurduğu yaşlı qadın hadisə yerində dünyasını dəyişib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button