Ölümlə nəticələnən yol qəzasına görə sürücüyə 7 il 6 ay  cəza

 qandalli-el

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vahid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Hakim Əlisultan Osmanovun sədrlik etdiyi kollegiyanın hökmünə əsasən, Vahid Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilən heç yerə getməmə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalında həbs edilib.

Hadisəni 2015-ci ildə Quba rayon ərazində baş verib. Rayon sakini Vahid Quliyevin idarə etdiyi “Hovo” və Tərtər rayon sakini Fariz Həsənovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. F.Həsənov və sərnişini, Neftçala rayon sakini Nəsib Məmmədov hadisə yerində ölüblər. Vahid Quliyevə Cinayət Məcəlləsinin 263.2 (ölünlə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi ilə ittiham verilib. İstintaq dövründə Vahid Quliyev barəsində həbs qətimkan tədbiri seçilməyib.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button