ÖMƏRSƏD!!!

Həmdullanin mövlası məsciddə kamera qoydurub

İnanıram ki, bu yazını oxuyanın hər biri əgər Avropa ilə tanış olmasaydıq, Amerikaya bizi aparıb çıxarmasaydılar, mütləq deyərdi: LƏNKƏRAN ÜÇÜN CADU EDİBLƏR! Kİ… adamlar ağzına su alıb sussun! Niyə?

Lənkəranda biri var: axund Sədi. Əksəriyyət ona əməllərinə görə ÖMƏRSƏD deyir. Niyə də deməsin, a kişi?

Bu əmmaməli götürüb Vətənin müstəqilliyinin qorunması naminə separatçılarla mübarizədə üç şəhid – Milli Qəhrəmanlar Tofiq, Paşa, Etibar – verən Kiçik Bazar məscidinə bir mütəvəlli təyin edib: halbuki belə bir ştat vahidi digər məscidlərdə yoxdur. Mütəvəlli Kərbəlayi Həmdulla mütəvəlli gələnə qədər din-iman, dini birlik qibtəolunacaq dərəcədə idi burada. İndi məsciddə söyüşün biri bir qəpik. Bu Həmdulla neyləsə yaxşıdı? Ona təpik, buna şillə, bir az uzaqda olana söyüş söyməklə məscidi də mundarlayıb. Hələ kamera da qoyub ÖMƏRSƏDin tapşırığıyla:  Həmdulla kameraya baxıb deyir: pişnamaz mən deyən olmalıdı, mən mütəvəlliyəm, Sədi mövlam. O birilər də kameraya baxıb Sədi üçün day var-yox saxlamırlar. Siz Allah, siz bu əziz günlərin sahibi, Sədi Kiçik Bazardakı məscidi nəyə döndərmiş olub, deyə bilərsiniz?

ÖMƏRSƏD-in fəaliyyətinin nəticəsidir ki, Lənkəranda bir xeyli adam bir gün də İslam Universitetinin bu yaxınlarda bağlanan filialında oxumadan artıq İslam Universitetində üçüncü, dördüncü kurs tələbəsidi. Lənkəranlılar da fikirləşir ki, bu ÖMƏRSƏD “Prado”nu nəynən aldı, “Auido” bunda hardandı?

Qəşəng-qəşəng, balaca-balaca qızları kim gətirir bunun üçün və niyə gətirir?

MTN-in nəzərinə:

Sənin başına dönüm, ay MıTıNı, bir dəfə o İslam Universitetinə gəl, Lənkərandan “perevod” alan gələcək mollalardan soruş ki, sənə Lənkəranda dərs deyən müəllimləri görsən, tanıyarsan, ya yox? Ya da ki, “imtahanda sənə hansı sual düşmüşdü”, “imtahanı harada və necə verdin?” Olar, ay MıTıNı?

İnanın, Allah haqqı deyirəm, Lənkəranda elə bilirlər ki, adam namaz qılanda, Qurani-Kərimi oxuyanda və… şeyxə yaxın olanda adamın maşınları da, və s. və s. “belə-belə” şeyləri də olur. Hamı başlayıb şeyxə oxşamağa. Amma mən başa düşə bilmədim: şeyxin iki mollası – Viyən və Rvo – niyə belə ediblər?

Neyniyiblər?

Bu molla – rvolu Ramiz – düzüb-qoşub o biri mollanın – viyənlinin – qızını türkə satdırırmış… viyənli mollanın öz iştirakıyla. Mərdimazarı axtarmaqla deyil ki! Bizim işləməyən hesab etdiyimiz MTN də srağagün tutub bunları!

ŞEYXƏ MÜRACİƏT: Yaşa, ey şeyx, yaşa!!! Sənin şeyxlik dönəminin fütuhatı bundan artıq olmaz!

İndi bildinizmi, niyə deyirəm düşünərdilər ki, Lənkərana cadu ediblər.

Onlar elə deyərdilər: “cadu ediblər”.

Mən belə yazını oxusaydım, ayrı cür deyərdim, indi də deyə bilərəm, əmbə bilirəm ki, Əvəz Zeynallı onsuz da çıxaracaq, ona görə soruşuram: bildiniz də nə deyəcəkdim?!

İ.S. Əvəz bəy, Səncə, bu iki yazıdan sonra Astara təhsilindəki bərbadlığı bu nömrədə mütləq yazmağa məndə nəsə – hal, həvəs – qalar?

Bilirsən, qalmaz. Ona də görə Astara qaldı gələn nömrəyə. Onsuz da səhifəmdə yer yoxdu.

İ.İ.S. Səhifədəki faktlar üçün məsuliyyəti mən daşıyıram.

İ.İ.İ.S. Şeyx həzrətləri israrla məsciddə orgiya təşkil etmiş mollanı məsciddən uzaqlaşdırmaq istəmədiyini sərgiləyir! Olsun… Çıxış yolunu Allah göstərər!

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button