Ombudsman Aparatının Qarabağ mərkəzi açılacaq

“Qarabağ Azərbaycandır və Azərbaycanın Ombudsmanı var”.

Bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva özünü Dağlıq Qarabağda qurulan separatçı rejimin “ombudsmanı” adlandıran Artak Beqlaryanın “istefa verməsi”nə münasibət bildirərkən deyib.

S.Əliyeva qondarma rejimin “ombudsmanı”nın fikirlərinin şərh edilməsini doğru hesab etmir:

“Hesab edirəm ki, qondarma rejimin dırnaqarası ombudsmanının fikirlərini, addımlarını müzakirə etmək tamamilə qanunaziddir”

Səbinə Əliyeva Qarabağda açılacaq mərkəzdən də söz açıb:

“Ombudsman  Aparatının  4 regional mərkəzi var.  Gəncə, Şəki, Quba və Cəlilabad. İnşallah, tez bir zamanda 5-ci regional mərkəzimiz Qarabağda açılacaq. Allah ordumuzu, əsgərlərimizi və Ali Baş Komandanımızı qorusun!”

Qeyd edək ki, qondarma rejimin “ombudsmanı” Artak Beqlaryan istefa vermək istədiyini bəyan edib.

“Dünya erməni xalqının ağrılarını bölüşür, lakin siyasi maraqlar dünya üçün daha vacibdir, bütün səylərimizin faydasızlığına görə istefa vermək istəyirəm”- deyə Artak Beqlaryan bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button