Ombudsman: Bu gün Böyük Qələbə günüdür

Noyabrın 10-u Azərbaycan xalqı üçün xüsusi bir gün – Qələbə günüdür. Bu günü bizə yaşadan xilaskar ordumuza və Müzəffər Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, bu gün qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ombudsman Səbinə Əliyeva Qələbə günündə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən deyib.

“Bu gün Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad etdik, çünki bu bizim mənəvi borcumuzdur. Ötən əsrin 90-cı illərində Ulu Öndərin hakimiyyətə siyasi qayıdışı olmasaydı Azərbaycanda qeyri stabillik, xaos və hərc-mərclik davam edərdi. Ulu Öndərin əziz xatirəsi daim bizim qəlbimizdədir. Bu gün Böyük Qələbə günüdür. Nəhayət ki, ordumuz işğalda olan torpaqlarımızı azad etdi. Bütün bu hissləri bizə yaşadan Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezidentimizə təşəkkür edirik”,-deyə Ombudsman bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button