Ömürlük məhbus vəkilə qarşı iddia qaldırıb

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib ömürlük cəza alan Vüqar Əliyev vəkil Adəm Məmmədovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu gün Nərimanov rayon məhkəməsində Rəşad Abdulovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Hakim iddianın icraata qəbul olunmaması ilə bağlı qərardad çıxarıb. Məhkəmədə məhbus Vüqar Əliyev özü də iştirak edib. Vəkil Adəm Məmmədov isə məhkəməyə gəlməyib.
Məhkumun yaxınlarının azadliq.info-ya verdiyi məlumata görə Adəm Məmmədov Vüqarın vəkili olan zaman onun əlyazmalarını çap etmək adı ilə ondan alıb. Vüqar Əliyev Adəm Məmmədovun vəkillik xidmətindən imtina etdikdən sonra nə əlyazmalar çap olunub, nə də geri qaytarılıb. Bu səbəbə görə də məhbus keçmiş vəkilinə qarşı iddia qaldırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button