“On dəfə bu hökumətləri yıxmaq istəsələr, yenə Azərbaycan xalqı qalxacaq, yenə azadlıq istəyəcək…” – VİDEO

943511_624049887617098_619408148_n24.06.2013

Ə.Elçibəy: “Bu millət haqqa talib millətdir. Onun başqa yolu yoxdur. azadlığı əldə edən kimi, hökmən ədalətli, demokratik dövlət qurmaq istəyir. On dəfə bu hökumətləri yıxmaq istəsələr, yenə Azərbaycan xalqı qalxacaq, yenə azadlıq istəyəcək”. 

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Elçibəy – Əbülfəz Əliyev 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1992-ci il iyunun 7-də prezident seçilib və bir il sonra Bakını tərk edərək, 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib. Uzun sürən ağır xəstəlikdən sonra o 2000-ci ilin avqustun 22-də Türkiyədə vəfat edib.

Bu gün Milli Şuranın üzvləri, siyasətçilər, hüquqmüdafiəçiləri, mətbuat nümayəndələri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Elçibəyin 1993-cü ildə etdiyi tarixi çıxışlarından biri:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button