Rubrikalar: GÜNDƏM XuralTAC

On mindən çox yaşlı insana evdə xidmət olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün sosial xidmət işçiləri səfərbər olunmaqla hazırda yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində gündəlik sosial məişət xidmətləri göstərilir.

Musavat.com nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qurum tərəfindən bu sahədə aparılan işlərə, koronavirus pandemiyasından qorunmaları üçün evlərində çıxmaları qadağan edilmiş tənha yaşlıların evlərində xüsusi qayğı ilə əhatə olunmasına dəstək verən qurumların sırası genişlənir.

Belə ki, hazırda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırır. Layihə çərçivəsində eyni zamanda, tənha yaşlılara dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Bundan əlavə, hazırda tənha yaşlıların evlərində sosial xidmətlərlə təminatı işlərində DOST və ASAN, YAP könüllüləri, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri yaxından iştirak edirlər. Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini göstərir.
“Azərmaş” ASC isə bu işlərə “Böyüklərimizi qoruyaq!” sosial aksiyası ilə qoşulmaqla sosial məsuliyyət prinsipinə sadiqlik nümayiş etdirir. Sosial xidmətçi və könüllülər tərəfindən tənha yaşlılarımıza evlərində xidmət göstərilməsi tədbirlərinin daha səmərəli və operativ təşkili üçün “Azərmaş” ASC bu aksiya çərçivəsində 100 avtomobil və sürücü ayırmaqla onları ödənişsiz taksi xidməti ilə təmin edir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Pənah Hüseyn “Siyasət meydanı”nda: “4 iyun hadisəsi olmasaydı, Qarabağı qaytara bilərdikmi?”-VİDEO

2 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Elxan Şükürlü “Siyasət meydanı”nda: “Müstəqil medianı necə qurmalı: hakimiyyət nə etməlidir?”-VİDEO

2 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

3 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir?

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına Böyük Britaniyada 100 milyon avroluq biznes və 19…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Eldar Mahmudova 100 milyon funt sterlinq kimdən “miras” qalıb?”-VİDEO

1 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İlham İsmayıl “Siyasət meydanı”nda: “Milli Məclisə Qarabağdan danışmaq qadağan olundu!”-VİDEO

1 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

1 İyun 2020
Xural.COM