Operatorların məhkəməsi olub…

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin binasında Bakcell şirkətinin Azercell şirkətinə qarşı operatorlararası arabağlantı tarifi üzrə məhkəmə iddiasına baxılıb

Arayış: Mobil operatorlar bir-birinə şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə müəyyən tariflə haqq ödəyir və həmin tarif “arabağlantı tarifi” adlanır. 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilmişdir. Bakcell Ltd. MMC Azercell Telekoma arabağlantı tarifini tələb olunan səviyyəyə qədər azaldılması təklifi ilə müraciət etsə də, Azercell MMC mövcud tarifin (1 dəq. = 0,05 AZN) onu qane etdiyini söyləyərək qarşı tərəfi haqsız saydığını bildirmişdi. 

Bakcell şirkəti Azərbaycanda ən sərfəli mobil rabitə xidmətlərini təklif etmək amalına həmişə sadiqdir. Şirkət xərcləri azaltmaq üçün daim yeniliklər tətbiq edir və abunəçilərə daha sərfəli qiymətlərlə danışmaq imkanı yaradır. Lakin arabağlantı tarifinin RİTN tərəfindən müəyyən edilmiş səviyyədən yüksək olması Bakcell şirkətinin öz müştəriləri üçün qiymətləri endirmək imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumiyyətlə, mobil rabitə bazarına mənfi təsir göstərirdi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-cu il aprel ayında qəbul edilmiş qərarından sonra Bakcell şirkəti arabağlantı tarifini 2 qəpik səviyyəsində tətbiq etmək üçün səy göstərmişdi. Yeni arabağlantı tarifi son istifadəçilər üçün pərakəndə tarif qiymətlərinin kəskin endirilməsinə səbəb ola bilərdi. Lakin Azercell bu məsələdə əməkdaşlıq etməyə razı olmayıb və nazirliyin tələbini yerinə yetirməkdən boyun qaçırıb. Beləliklə, Azercell son vaxtlara qədər çox yüksək pərakəndə qiymətlərini saxlayıb və yalnız bu yaxınlarda – pərakəndə tarifin endirilməsi istiqamətində bazarda Bakcell-in təşəbbüsü ilə artan təzyiqlər nəticəsində müştərilər üçün tarifləri endirmək məcburiyyətində qalıb.

Azercell-in son 2 il ərzində Nazirliyin qərarını yerinə yetirməkdən imtina edərək müştərilərə olduqca yüksək qiymətlər tətbiq etməsi ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə qiymətlərin azaldılmasına nail olmaq üçün Bakcell bütün mobil telefon istifadəçiləri adından hüquqi prosedurlara müraciət etməyə məcbur olub. İyulun 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məsələyə baxıb və Bakcell-in iddiasını təmin edib. Məhkəmə arabağlantı tarifinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanmasını və Azercell tərəfindən iddiaçıya yaranmış borcların ödənilməsi barədə qərar qəbul edib.

Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirerin sözlərinə görə, biz mobil rabitənin həqiqətən rəqabətli sənaye sahəsi kimi inkişaf etməsində daha bir təhlükə ilə üzləşə bilərik: “Əvvəl, Azercell Nazirliyin tələblərinə məhəl qoymayaraq, rəqabəti məhdudlaşdırmaq üçün digər operatorlarla arabağlantı tarifini yüksək həddə saxlayır, indi də operatorlar Mobil Nömrələrin Daşınmasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətə əməl etməkdən imtina etsələr, bu, müştərilərin seçim imkanlarını daha da məhdudlaşdıracaq. Bakcell şirkəti Mobil Nömrələrin Daşınması zərurətini anlayır və onun mümkün qədər qısa müddətdə bazarda tətbiq edilməsini görmək istərdi. Biz digər operatorları RİTN-lə razılaşaraq, Mobil Nömrələrin Daşınmasını yaxın zamanda tətbiq etməyə çağırırıq.”

Bakcell şirkəti Azərbaycan əhalisinə ən sərfəli mobil rabitə xidmətlərini təqdim etmək amalına sadiqdir və müştərilərin seçim və sərfəli xidmətlərdən istifadə imkanlarını artırmaq məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mobil Nömrələrin Daşınması sahəsində gördüyü bütün təşəbbüsləri dəstəkləyir.

Bakcell şirkəti, onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button