Oqtay Əsədovun əsəbləri

Deməli, təminat nə deməkdir? Bu evin komunal xərcləri, uşaqların xərcləri, deputat yoldaşın özünün xərcləri, hələ xalq arasında ikinciarvadabərabər tutulan (hərdən onu birinci arvad da deyirlər) maşından danışmıram.

Yoxsa deyirlər oğluna iş verdilər. İş verdilər, pul ki vermədilər. İşnən işdə fərq var. Biri var 2 aprel dustaqlarına prokuror (bu replikanın hörmətli Çingiz bəyin oğlu ilə heç bir əlaqəsi yoxdur) iş istəsin və məhkəmə üç il yuxarı, iki il aşağı iş versin. Bir də var hörmətli Qaralov yoldaş iş versin – atalar demişkən cin ayrı, şeytan ayrı.

Bax beləcə adi bir epizoddan biz öyrəndik ki, bizim millət vəkillərinin vəziyyətləri heç də yaxşı deyil. Təcili Oqtay müəllim onların bu problemləri ilə şəxsən məşğul olmalıdır. Yoxsa adamın Allahı var, 1600 manat nəmənədir. Heç vallah, adam kimi geyinməyə çatmır. Daha bu bahalaşma vaxtı ərzağın adını çəkmirəm. Axı deputatlar da elitadan sayılırlar. Onlar da delikates yemək istəyirlər. Qonaqları olur, qonaq gedirlər. Hərəsinə bir-iki dənə maşın və bu maşına təbii ki, sürücü də lazımdır (Ev maşını , uşaqların maşını və s.). Nə isə, bizim millət vəkillərinin acınacaqlı vəziyyətindən yazdım, bəsdir. Amma Çingiz bəyin vəziyyəti doğrudan da yaxşı deyil, kasıbçılıqdı, deyəsən. Yoxsa bir ildir mənə mərcdə uduzduğu iki qonaqlığı verərdi. Mən bilirəm ki, o, borclu qalmağı sevməz. Amma kasıblığın üzü qara olsun. Nə olar, bir gün verər.

Qaldı bizlərdən danışmağa, millət vəkillərinin belə acınacaqlı vaxtında adamın öz problemlərindən yazmağa heç əli gəlmir. Axı necə gəlsin?

O kişilər gedib orada əziyyət çəkirlər. Biz nə etmişik? Guya gedib Qarabağda vuruşmuşuq.

İndiki hakimiyyətdən kim bizi göndərib ki, kim də bizim dərdimizə qalsın?! Göndərməyi bir yana, heç müharibə görəni var? Hələ 137 manat verirlər Allahımıza şükür etməliyik. Əslində, biz heç onlara lazım deyilik. Bizi görəndə onlar elə bil zəhlətökən bir milçək görürlər.

Bəlkə də ürəklərində deyirlər ki, Allah bunları qırsaydı canımız qurtarardı. Axı onlar öz halal oğurlaya biləcəkləri pulları bizə niyə verməlidirlər? Hər kəsin köynəyi özünə daha yaxındır. Onsuz da biz Qarabağ əlilləri bunların (yəni vəzifə sahiblərinin) ən zəhləsi gedən adamlarıq. Bizi də yada salası, sözümüzü deyəcək adamlar göründüyü kimi hələlik öz təminatları ilə məşquldurlar. Ona görə həmd olsun Allaha. Bəlkə yaradan bizə, səhvən həyata gətirdiyimiz övladlarımıza yar ola.

Övlad deyəndə, bizə heç evlənmək və övlad sahibi olmaq da olmazmış. Baxın, müavinət ancaq Qarabağ əlilinin özünə hesablanıb, özü də Afrika qitəsində yaşayan yumba–mumba qəbiləsindən olan bir zəncinin ehtiyaclarına uyğun. Mənim kimi gec başa düşənlərə başa salıram. Afrikalı kimi biz də az yeməli, az içməli, əsasən kommunal xərclərin pulunu ödəməli (çünki o onların özünə çatır), mümkün qədər az paltar geyinməliyik. Olar ki, əncir yarpaqlarından bir sarğı bağlayıb gəzək.

Bax verdikləri müavinət buna çatır…

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button