Oqtay Gülalıyevə cinayət işi açıla bilər: DİN-ə çağırılıb

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə çağırılıb.

Əldə etdiyimiz məlumatı Oqtay  Gülalıyev təsdiqləyərək bunları deyib:

“Sabah, bazar ertəsi saat 11.00- da DİN Baş Cinayət Axtarış İdarəsinə çağrılmışam. Deyəsən, mənim hansısa “cinayət”-də iştirakımı araşdırırlar. Olsun. Əgər mənim dinc, günahsız insanlara qarşı aparılan repressiyalar və işgəncələr əleyhinə fəaliyyətim, onları müdafiə etməyim cinayətdirsə mən bu “cinayət”-ə görə cavab verməyə hazıram”.

Bizdə olan məlumata görə, Daxili İşlər Nzirliyində Oqtay Gülalıyevlə bağlı araşdırma başlayıb və ona cinayət işi açıla bilər.

Xatırladaq ki, Hüquq müdafiəçisi Oqtay Gülalıyev siyasi məhbusların hüquqlarının medafiəsi ilə bağlı ciddi fəaliyyət göstərir və Gəncə və Tərtərdə baş verən məlum olaylarla bağlı həbs edilən şəxslərin yaxınlarının verdikləri məlumata əsasən, həbsdə olan şəxslərə qarşı baş verən işgəncə faktlarında iştirakı olan vəzifəli şəxslərin adlarını cəmiyyətə açıqlamışdı. Onu da diqqətə çatdıraq ki, aprel ayının 4-də, oqtay Gülalıyevin də iştirakı ilə “Repressiyalar və İşgəncələr Əleyhinə Komitə” təsis edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button