Ordumuz Füzuli istiqamətində əks-həmləyə başladı-TƏCİLİ

Azərbaycan ordusu Füzuli istiqamətində əks-həmləyə başlayıb.

“Yeni Müsavat” qəzetinin Füzuliyə ezam olunmuş müxbirləri xəbər verir ki, düşmən yenidən cəbhə boyunca yerləşən kəndlərimizi atəşə tutur.

Azərbaycan ordusu ağır artilleriyadan cavab atəşi açaraq, düşmən mövqelərinə güclü zərbələr endirir.

Səhər saatlarında olduğu kimi, düşmən Füzulinin əsasən Horadiz şəhərini, Şükürbəyli və Alıxanlı kəndlərini hədəfə alıb.

Azərbaycan ordusu isə düşmənin atəş nöqtələrini susdurmağa davam edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button