“Ortada gəzən ayrı-ayrı adamlar kimlərdir, heç onları tanımıram…”

2288025.06.2013

“Dünyəvi Azərbaycanlılar Partiyası və ortada gəzən ayrı-ayrı adamlar kimlərdir, heç onları tanımıram”. Jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov belə deyib.

SİA-nın məlumatına görə, Dünyəvi Azərbaycanlılar Partiyasının YAP sədrinin müavini Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul etməsinə münasibət bildirən Əli Əhmədov belə bəyanatlara fikir verməyə ehtiyac olmadığını vurğulayıb: “Yeni Azərbaycan Partiyası V qurultayında öz namizədini müəyyənləşdirib. Bu namizəd ölkə başçısı İlham Əliyevdir. Ümid edirəm ki, Azərbaycan seçiciləri prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bütövlükdə Azərbaycanın uğuru bundan ibarətdir ki, xalqın böyük əksəriyyəti ölkə başçısı İlham Əliyevi dəstəkləyir. Bununla da, seçicilər Azərbaycanın növbəti beş il müddətinə inkişafına öz töhfələrini verirlər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button