Oruc tutanlar necə qidalanmalıdır? (VİDEO)

Oruc tutanlar necə qidalanmalıdır? (VİDEO)

On bir ayın Sultanı- Ramazan ayı sabahdan başlayır. Oruc tutmaq istəyən müsəlmanlar bu gecə 1aylıq Ramazan orucu üçün niyət edəcəklər. Oruc tutanlar təxminən 18 saat yaxın ac qalacaqlar. Gün ərzində tox qalmaq, eləcə də susuzluğu aradan qaldırmaq üçün hansı qidalar qəbul edilməlidir? Diyetoloqlardan dəyərli məsləhətlər

Rəhmət və bərəkət ayı gəldi çatdı. Bu gecə Ramazan ayının ilk orucuna niyət ediləcək. Ancaq yay ayına düşdüyü üçün bir yandan isti hava, digər yandan da günün uzunluğu oruc tutacaqları xeyli sınağa çəkəcək. Diyetoloqların susuzluğu azaltmaq üçün tövsiyələri var. Onlar qeyd edir ki, gün ərzində susuzluğun qarşısını almaq üçün sahurda çox su içmək doğru deyil
Sahurda çox yemək əvəzinə insanı tox tutan enerjili qidalara üstünlük vermək lazımdır. Susuzluğun qarşını almaq üçün sahurda yağlı və qızardılmış yeməklərdən, eləcə də kolbasa, sosis və hisə verilmiş məhsullardan uzaq durmaq lazımdır. Sahurda meyvə tərəvəz yemək də susuzluğu azaldar.
Diyetoloqlar deyir ki, sahurda şəkərli qidalar da mümkün qədər az yeyilməlidir. Çay, kofe, qazlı içkilər də olmaz. Çünki bu mayelər susuzluğa səbəb olur. Ən əsas məsələlərdən biri də iftar zamanı çox qidanın qəbul edilməməsidir. Çünki bir dəfəyə çoxçeşidli xörəklərin qəbulu həm həzm sisteminin pozulmasına, həm də artıq çəkiyə səbəb olur.
Qidalarla yanaşı gün ərzində mümkün qədər sərin məkanlarda qalmaq və fiziki aktivliyi nisbətən azalmaq da orucu asanlaşdıracaq faktorlardandır. Ramazan ayında iş qrafikinə də dəyişiklik tövsiyyə olunan məqamlardandır./Xezerxeber.com/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button