“Oskar” mükafatının qalibləri açıqlandı –SİYAHI

“Suyun forması” “Ən yaxşı film” nominasiyası da daxil olmaqla dörd “Oskar” alıb.

Guillermo del Toronun filmində lal-kar qadının hökumət laboratoriyasında saxlanan sirli amfibiya məxluqa eşqindən söz açılır. Los Ancelesdə Akademiya Mükafatlarının təqdimat mərasimi martın 4-də keçirilib. Qari Oldman “Ən qaranlıq  saat” filmində yaratdığı Uinston Cörçill obrazına görə ən yaxşı aktyor seçilib. 59 yaşlı Oldman daha öncə “Qızıl Qlobus” və bir sıra başqa tədbirlərdə mükafatlar qazanmışdı. Frances McDormand isə “Missuridə Ebbinq kənarında üç bilbord” filmindəki roluna görə ən yaxşı aktrisa adını alıb. (Azadlıq radiosu)

Bundan başqa, xarici dildə ən yaxşı film nominasiyasında “A fantastic woman” filmi, ən yaxşı animasiya filmi nominasiyasında “Coco”, ən yaxşı sənədli film “ İcraus”, ən yaxşı qıs animasiya filmi nominasiyasında “Dear basketball, ən yaxşı qısametrajlı film nominasiyasında “The silent child” mükafata layiq görülüb.  (APA)

“Oskar”ın digər mükafatları ən yaxşı qrim işi, ən yaxşı saç düzümü, ən yaxşı texniki effektlər və s. görə təqdim edilib.

Qeyd edək ki, Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatı kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılır. İldə bir dəfə təqdim edilən mükafat 1927-ci ildə təsis edilib. İlk mükafatın təqdimetmə mərasimi 1929-cu il mayın 16-da Los Ancelesdə “Hollivud Ruzvelt” hotelində baş tutub, 12 nominasiya üzrə qaliblər mükafatlandırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button