Osman Kazımov həbs olunan “ovçu” nazirlərdən yazdı

Köşə kimi status

Osman Kazımov

Vəkil

 

Əli İnsanov – Səhiyyə naziri idi. 11 il azadlığını əlindən alıblar, hələ də əl çəkmirlər. Yeganə nazirdir ki, səhvini etiraf etdi. Müxalifətdən üzr istədi.

Nəriman İmranov – Heydər Əliyevin vuran qolu idi. At çapıb, ov vurub, quş quşlayırdı – sonra ovladılar, Qobustanda “qapalı sanatoriya”da xidmətini davam etdirdi.

Surət Hüseynov – Baş nazir idi. Heydər Əliyevin hakimiyyətə gəlişinin əsas fiqurlarından biri. At çapıb, ov vurub, quş quşlayırdı. Sonra özünü ovladılar. “Qapalı sanatoriya”da Baş nazir təyin etdilər.

Məmmədrəfi Rəfiyev – Müdafiə nazirləri idi. Daha doğrusu, “mətbəx naziri” ləqəbini qazanmışdı. Bəlkə də Qarabağın harda olduğunu dəqiq bilmirdi. At çapıb, ov ovlayıb aradan çıxa bildi.

Sirus Təbrizli – 91-lərdən idi. Mətbuat naziri oldu. At çapdı, ov ovladı, quş quşladı. Sonra özünü quşladılar. “Simasız quldurlar” deyə-deyə getdi.

Rəfael Allahverdiyev – 91-lərdən idi. Bakı şəhər İcra hakimiyyəti başçısı vəzifəsini minib çapdı. Didərgin saldılar. Ölümünə 2,5 dəqiqə qalmış vətənə qayıtmasına icazə verdilər.

Fərəməz Maqsudov – 91-lərdən idi. At çapdı. Ov ovladı. Quş quşlaya bilmədi. Evində gülləboran etdilər. 1992-93-cü illərdə yox, Heydər Əliyevin hakimiyyətinin ən güclü dönəmində.

Rövşən Cavadov – OMON komandiri. Heydər Əliyevin Bakıya gəlişini bilavasitə təmin etdi, təhlükəsizliyini qorudu. Nə at çapa bildi, nə ov edə bildi, nə də quş quşlaya bildi. Xüsisi amansızlıqla hakimiyyətə gətirdiyi şəxslər tərəfindən qətlə yetirildi.

Rəsul Quliyev – müştərim olduğu üçün geniş yazmıram – ovladılar, quşladılar.

Səfər Əbiyev – Müdafiə Naziri. Qarabağla Qaradağın fərqini, sərhədlərini ayırd edə bilmədi. At çapdı, ov ovladı, quş quşladı, ceyran-cüyür vurdu, “Lazım” kişinin gəlişini gözləyib aradan çıxdı.

Fərhad Əliyev – əmlakçılıq, dağarçıq naziri. At çapdı, ov ovladı, quş quşladı. Sonra özünü quşladılar. Əlindəkilərin xeyli hissəsini yağmaladılar. Ömrünün xeyli hissəsini “qapalı sanatoriya”da istirahətdə keçirməyə məcbur etdilər.
Ziya Məmmədov – maşın sürmək naziri – qatar çapdı, maşın ovladı, yol quşladı. Sonra özünü ovladılar. Əmlaklarına da həbs qoyulub.

İbrət götürmək üçün kifayət deyilmi bu siyahı?

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button