Ötən il nəqliyyatçıların orta aylıq əməkhaqqı 6,1 faiz artıb

surucu

2015-ci ildə nəqliyyat müəssisələrində işləyən 73 min muzdlu işçinin 72,8 faizi dövlət, 27,2 faizi qeyri-dövlət müəssisələrində çalışıb.

Dövlət Statistika Komitəsindən azertag.az-a bildirilib ki, işçilərin 54,2 faizi yerüstü və boru kəməri, 9,2 faizi su, 16,9 faizi hava nəqliyyatı, 9,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2014-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 6,1 faiz artaraq 571,4 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1032,7 manat, hava nəqliyyatında 819 manat, boru kəməri nəqliyyatında 727,2 manat, metro nəqliyyatında 601,8 manat, avtomobil nəqliyyatında 512,1 manat, dəmir yolu nəqliyyatında isə 258 manat olub. Əməkhaqqı dəniz nəqliyyatında 33,9 faiz, hava nəqliyyatında 3,8 faiz, boru kəməri nəqliyyatında 3,1 faiz, avtomobil nəqliyyatında 1,7 faiz, dəmir yolu nəqliyyatında 0,4 faiz artıb, metro nəqliyyatında isə 1,9 faiz azalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button