Övladından qisas almaq azərbaycanlı kişisinə yaraşmaz

qulu-meherremli-yennn

Telejurnalist Qulu Məhərrəmli şair Məmməd İsmayılın qızı İntizar İsmayılın İTV-də işdən çıxarılması barədə rəy bildirib.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, Q.Məhərrəmli atasının söylədiyi hər hansı tənqidi fikrə görə, övladından qisas almağın azərbaycanlı kişisinə yaraşmadığını deyib:

“Son günlərdə adı çirkin kampaniyalarda hallanan AzTV sədri A.Alışanov görkəmli şair Məmməd İsmayılın İTV-də çalışan qızı İntizar xanımı işdən çıxarmaqla nalayiq hərəkət edib. Əlbəttə, hər kəsə aydındır ki, bu addım AzTV sədrinin  hörmətli şairin “mühasibdən televiziya sədri olmaz” açıqlamasına verdiyi impulsiv reaksiyadır. Məsələnin başqa tərəfi də var; belə çıxır ki, Alışanovun qanunsuz olaraq  İTV-nin kadr və maliyyə məsələlərini də idarə etməsi haqqında deyilənlər doğrudur və Yayım Şurasının sədri  Cahangir Məmmədli də, bu qurumun icraçı direktoru Cəmil Quliyev də formal vəzifə tuturlar. Ölkədə bu miqyasda ədalətsizliyin olmasına təəssüf edirik”.

Q.Məhərrəmli bunun hüquq pozuntusu olmasını qeyd edərək, məsələnin mənəvi tərəfinə də toxunub:

“Bir müddət əvvəl AzTV əməkdaşları məşhur “videoşou”da xorla danışanlar sədrləri A.Alışanovun “peşəkar”, “ziyalı” və “xeyirxah” adam olduğuna bizi inandırmağa çalışırdılar. Amma yüksək dövlət vəzifəsi tutan sədr A.Alışanovun vaxtilə AzTV sədri postunda çalışmış görkəmli söz adamına qarşı qisasçı davranışı bir daha göstərdi ki, bu adamda nə ziyalılıq, nə peşəkarlıq, nə də xeyirxahlıqdan əsər-əlamət belə yoxdur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button