“Övladları orduda xidmət etməyən iqtidar və müxalifət liderləri kimlərdir?”

eli eliyev2
Əli Əliyev, VİP sədri
FB-da müxalifətçilərdən biri orduda xidmət mövzusunda bir təşəbbüslə çıxış edib. Əvvəldən onu deyim ki, yaxşı təşəbbüsdür. Ordu Dövlətin güvənc yeri, onurğa sütunudur. İnanıram ki, həmin şəxs də bu təşəbbüsü xoş niyyətlə qaldırıb. Cəmiyyət xəbərdar olmalıdır ki, onu bu gün idarə edənlər və ya sabah bu iddiada olmağı planlayanlar bu müqəddəs vəzifəyə necə baxırlar. Normal dövlətlərdə mükəlləfiyyət olmasa belə, cəmiyyətin elitası Dövlətə borcu qaytarmağın yolunu hərbi xidmətdə görür. Məsələn, Böyük Britaniya krallığının şəhzadələri, kraliça 2-ci Yelizavetanın nəvələri Uilyam (William) və Henri (Henry) hər ikisi zabitdirlər. Onların hərbi titulları formal xarakter daşımır. Şahzadə Uilyam pilotdur. Hərbi xilasedici helikopterdə xidmət keçir. 2011-ci ildə qəzaya uğramış rus hərbi “Svonlend” gəmisində xilasetmə əməliyyatlarında bilavasitə iştirak edib. Onun kiçik qardaşı Henri isə İraqdakı hərbi əməliyyatlarda iştiraka hazırlaşsa da, daha qaynar bölgə sayılan Əfqanıstanda, Taliban hərəkatının likvidsiyasında yaxından iştirak edib. Hərəkatın liderlərindən biri Zabihulla Mücahid 2012-ci ildə “Röyter” agentliyinə verdiyi müsahibədə şəhzadənin öldürülməsi üçün əllərindən gəldiyini etdiklərini bidirmişdi. Orduda xidmət məsələsi Dövlətə bağlılıq meyarıdır. Ənənəsi olan dövlətlərdə belə təməl prinsiplərə xüsusi diqqət yetirilir. Azərbaycanda da dövlətçilik vərdişlərinin yaranması zəruridir. Məsələni sosial şəbəkələrdə qaldıran müxalifətçi dostumuz, problemi bir müstəvidə qaldırıb. Mənə elə gəlir ki, məsələ pul deyil, siyasi status müstəvisində qoyulsa, daha düz olar. Ölkədə siyasi rəhbərlik və siyasi elita ordu məsələsində də şəffaf olmalıdır. Söhbət təkcə iqtidar mənsublarından deyil, həm də müxalifət liderlərindən getməlidir. Müşahidələrim deyir ki, bu hakimiyyəti dəyişməyə iddialı olanların da əksəriyyəti iqtidardan, mənfi mənada, ciddi fərqlnmirlər. Hələlik ad çəkmədən jurnalistləri, ictimai fəalları, bloggerləri son 20 ildə prezidentliyə namizəd olmuş və ya seçkilərə fəal şəkildə qatılmış iddiaçıların övladlarının ordu sıralarında xidmət edib-etməməsi və ya hansı yerlərdə xidməti barədə araşdırma aparsınlar. Kimsə iqtidardan şəffaflıq tələb edirsə, bu halda biz müxalifətçilər, özümüz də hesabatlılığa açıq olmalıyıq. Diqqətlə araşdırılsa, görüləcək ki, müxalifətin əsas səs-küylü liderləri ordu məsələsində iqtidardakıların fırıldaqçılarından bir o qədər də fərqlənmir, yəni dələduzluğun miqyası demək olar ki, bərabərdir. Son hərbi əməliyyatlar bir daha təsdiq etdi ki, Dövlətin qarantı Ordudur. Onun yüksək ruhu cəmiyyətdəki Ədalət faktorundan çox asılıdır. Ona görə də ictimai fikir ordu məsələsində əyri şəxsləri qınamalı, onların siyasi hakimiyyət iddialarını darmadağın etməlidir. Fikrimcə, övladlarını əsgərlikdən “juliklik” və parazitar yol ilə yayındıran şəxslərin yüksək siyasi ranq tutmasına qanunvericiliklə qadağan qoyulmalıdır.

Əlaqəli məqalələr

1 şərh

  1. Qardaşım siz nə danışırsınız, Məmur oğlu gedib kasıbla bir yerdə ön cəbhədə xidmət etsin. Siz allah bizi günaha batırmayın. Qoy onların adları Bakıda olan hərbi hissələdə getsin, özləridə xarici ölkələrdə ey-işrətlə məşğul olsunlar. Vətən kasıbındır, onlar da qorumalıdır. Vəssalam-şüt tamam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button