Oxuculara müraciət!

Əziz Oxucular!


 Dünən səhər saat 9:30 radələrində redaksiyaya gələn Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinin əməkdaşları tam 12 saat işləməyə imkan vermədilər. Sonda bütün əmlakımızı müsadirə edib apardılar və biz yalnız gecə saat 22:00-dan sonra qəzetin hazırlanmasına başladıq.
Bu sayımız redaksiya həmkarlarının və dostlarımızın gətirdiyi şəxsi «noutbuklar» hesabına meydana gəldi. Var olsunlar ki, bizi Oxucularsız, Oxucuları «Xural»sız qoymaq istəməyən sədaqətli dostlarımız var.
Bu millət və bu mübarizə məhz belə insanların çiynində yaşayır və savaşımızın stimulu da məhz ONLARDIR!
Səbəblərini saydıq, ona görə əlinizdə tutduğunuz bu sayımızda müəyyən texniki qüsurlar və xətalar getməsi istisna deyil. Bilin ki, bu yanlışlıqların səbəbi İlham Əliyevdir, Ramiz Mehdiyevdir və Azərbaycanda azad sözə qənim kəsilən, Sizlərin görüşünə tələsən bizlərə işləməyə imkan verməyən bu hakimiyyətdir!
Bu qüsurlara görə, dünən Azərbaycan qanunlarına böyük bir hörmətsizliklə qəzetimizin əmlakını müsadirə etdirən və bizim iş agəngimizi pozan Boz Kardinal Ramiz Mehdiyevin, mətbuat qəssabı Vüqar Səfərlinin və manıs Nüşabə Ələsgərlinin adından Sizlərdən üzr istəyir və yanlışlıqlarımızı bağışlamağınızı xahiş edirik.

Sizlərə sevgilərlə,

«Xural»çılar

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button