Oxumağınız vacibdir

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 Mən yalnız bu hakimiyyətin iri çinli məmurlarından yazıram. Və bunu da özüm üçün qəhrəmanlıq hesab etmirəm. Əgər jurnalist hər hansı məmur haqda real fakta əsaslanan fikirlərini qorxmadan yazırsa, deməli, peşəsinin öhdəsindən gələ bilir. Mən yazıram. Bu günə kimi yazdıqlarımın da arxasında dururam. Çünki yazdıqlarımda demaqogiya olmayıb. Bu sözləri özümə bəy tərifi demək üçün də yazmıram. Lüzum belə yox. Yazılarımda əsas hədəf ölkə başçısı İlham Əliyev, PA rəhbəri Ramiz Mehdiyev, FHN Kəmaləddin Heydərov, NN Ziya Məmmədov, PA ictimai–siyasi şöbəsinin müdiri Əli Həsənov və başqalarıdır. Mən hansısa kənddəki çobanı “100 qoyundan nə üçün 110 bala almamısan” deyə qınağa çəkə bilmərəm. Adam otunu, suyunu verib, bitdi. Kəramət Tanrıdan, fərasət qoyundan. Amma İlham Əliyevi, Ramiz Mehdiyevi, Kəmaləddin Heydərovu, Ziya Məmmədovu, Əli Həsənovu və başqalarını həm öz sahələrində buraxdıqları açıqlara, həm də yaratdıqları rejimə görə məhz şərəf və ləyaqətə toxunmadan tənqid edə bilərəm. Və edirəm də. Sən demə, heç də düz etmirmişəm. Mən bunu yalnız ötən gün bildim. Mənim yazdıqlarım bəzilərinin qanına toxunurmuş. Həm də redaksiyaya telefon açacaq qədər. Mən bunu təbii sayıram. İnsan qan qrupunu hər iki valideynin yalnız birindən götürür. Yəqin mən hər dəfə İlham Əliyevdən, Ramiz Mehdiyevdən, Kəmaləddin Heydərovdan, Ziya Məmmədovdan, Əli Həsənovdan və başqalarından yazanda bu kişilərin adları etirazçıların damarlarını gizildədirmiş. Özlərini məhrəmlərinə toxunulmuş kimi hiss edirlərmiş. Etməyin. Bu, çox təhlükəlidir. Yaşınız neçədirsə məhz o qədər zaman pünhan qalan bir qadının, həm də sizlərə doğma olanın sirrini faş edərsiniz. Bəyəm bir qadının sirr saxlamaq haqqı yoxdurmu? Oğul olaraq hər şeyi bilməlisinizmi? Vallah, mən bir cümləmdə belə kiminsə atasını və yaxud özünə ata hesab etdiyi kimsəni heç zaman təhqir etməmişm. Söyüş, təhqir, işverənlik, mərdimazarlıq zəiflik, yazıqlıq əlamətidir.

Çox qəribədir ki, mənə və yazdıqlarıma etiraz edənləri tənqid etdiklərim heç aftafalarını belə doldurmaqla şərəfləndirilməyiblər. Bəs nə gücə düşmüsən bədbəxt. Əgər danışa, nömrə yığıb dəstəyi tuta, şeytan xislətinlə düşünə bilirsənsə, deməli, yaşdı–başdı adamsan. Əyninə şalvar yox, lap şotland yupkası gey, amma gəl və mənim özümə söylə. Səhvlərimi, indi və zamanında verdiyim qərarlarımı, attdığım addımlarımı, yanlışlıqlarımı de, sübut et. “Niyə onu çap edirsiniz?” Sana nə, ulan?! Partiyalılığımı müəyyənləşdirəndə, bəyanat verəndə, harada və ya kiminlə işləyəndə gəlib səndən icazəmi almalıydım? Bəs əgər evdə olmasaydın necə, sənə çatacaq sözümü söyləməyə evində bir kimsə tapacaqdımmı?

Mən siyasətdə “qaradavoy” olmamışam. Etiraz etdiyim hər kəsin bir səhvi olub. Mən də səhvdən xali deyiləm. Bəlkə onlardan da çox mənim səhvim olub. Bəlkə reaksiyam qədərindən daha sərt, daha çılğın olub. Bəlkə həddimi, qədərimi aşmışam. Özümü qətiyyən günahkar hesab etmirəm. Adam səhv edib, qarşılığını da görüb. Amma bütün bunların sənə heç bir dəxli yoxdur axı. Ulan, bəs nə qaynayırsan? Yoxsa hər gün qəzetdə şəklimi görüb, adımı oxuyanda narahat olursan? Olma. Axı çox yaxın qohum deyilik?

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button