Özünü tarixə sırıyan parazitlərdən qaçın!

Azər Həsrət

azer@azerhasret.com

Çağdaş ilətişim texnologiyaları elə bir ortam yaranmasına səbəb olub ki, artıq kimsənin elədiyi bir yanlış cəmiyyətin gözündən qaçmır. Saxta mandatla parlamentdä özünə yer tutanlardan başlamış özünü az qala bütün dövrlər üçün türk dünyasının ən böyük öndəri elan edənlərə qədər hər kəs tam çılpaqlığı ilə insanların gözünün önündən gəlib keçir. Xalqın gözü də tərəzi olduğundan kimin kim, nəyin nə olduğunu därhal ayırd edə bilmir. Necə deyərlər, sözümün canı var…

Facebook şəbəkəsində sayğı duyduğum və mücadiləsində səmimiyyətinə heç şübhə etmədiyim bir gəncin bir qəzetə aid səhifəni bəyənmək üçün yayınladığı qısa çağrını oxudum. Därhal da fikrimi yazdım ki, “həmin qəzetin İnternet saytında Azərbaycanın və ümumiyyətlə türk dünyasının gəlmiş keçmiş böyüklərinin şəkillärinin sıralamasında qüsur olduğu üçün, bağışlayın, bəyənə bilmərəm”. Təbii ki, virtual dostum sözümü anlayışla qarşıladı və özlərinin dä bunun fərqində olduqlarını, yalnız İnternet saytını quran şəxsin səfərdə olması üzündən bu yanlışı aradan qaldıra bilmədiklərini dedi. Təbii ki, bu arxadaşın səmimiyyətinə şübhə etmədim. Bu arada bir başqa gənc ortaya çıxaraq məndən həmin saytı son dəfə nə zaman ziyarət etdiyimi soruşdu və qeyd etdi ki, yanlış artıq düzəldilib. Əlbəttə, bunu eşitmäk xoş idi və əminlik üçün həmin saytı ziyarət etdim. Heyhat, gözlədiyimi görmədim. Saytın sağ sütununda “Tariximin milli ruhu, milli ruhumun tarixi” başlığı altında türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindən olan Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, özünü onlarla bir sıraya qoyan və adını çəkmək istəmədiyim bir şəxs (yəni qəzetin və saytın sahibi), Şah İsmayıl Xətai, Mustafa Kemal Atatürk, Səttarxan, Seyid Cəfər Pişəvərinin şəkilləri yer alıb. Altına da “Türkün şanlı tarixi” yazılıb.

Bu yerdä deyərlər: “utanmasan oynamağa nə var ki?”

Adamın İnternet saytında birinci sırada yer alan Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur, milli davaya və dava arxadaşlarına heç zaman xəyanət etməmişdir!

İkinci sıradakı Əbülfəz Elçibəy 20-ci əsrin sonunda sələfi Rəsulzadə kimi Azərbaycan Cümhuriyyətinin bağımsızlığını qazanan və milli davaya öz möhürünü vuran ən böyük türkdür, yeri və əməlləri müzakirə mövzusu belə ola bilmäz!

Dördüncü sıradakı Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçərək böyük bir imperiya qurmuş, dünya tarixinə möhürünü vurmuş, farsların belə türk dilində danışmasını tämin etmiş nəhəng tarixi şəxsiyyətdir!

Beşinci sıradakı Mustafa Kemal Atatürk az qala bütün dünya tərəfindən işğal edilərək param-parça olmuş Osmanlı torpaqlarında qüdrətli və dünyaya meydan oxuyan Türkiyə Cümhuriyyətini qurmuş türk oğlu türkdür!

Altıncı sıradakı Səttarxan 1905-1911-ci illərdə baş verən Məşrutə inqilabında Milli Öndər (Sərdari Milli) adını qazanmış daha bir böyük türk oğludur!

Yeddinci sıradakı Seyid Cəfər Pişəvəri 1945-ci ildä Güney Azərbaycanda dövlät qurmuş nəhəng tarixi şəxsiyyətlərimizdən daha biridir!

İndi bilərəkdən boş buraxdığım üçüncü sıradakı adamdan soruşmaq istərdim: bəs sən kimsən, adam? Sən də cümhuriyyət qurdunmu, sən də inqilab etdinmi, sən də imperiya qurdunmu? Sən o şəxsiyyətlərlə bir sırada olmaq üçün nələr etdin də bizim xəbərimiz yox? Tarixi göz görə-görə ayaqlar altına atmaq, özünü zorla bu qədər nəhəng şəxsiyyətlərin sırasına dürtmək kimsəyə baş ucalığı gətirmədi, gətirməz də!

Hələ bu harasıdır? Facebook-da dostlardan biri müzakirəmizi görüb mənə başqa bilgi də verdi. Dedi ki, “səhvi düzəltmişik” deyəndä o gəncin nəyi nəzərdə tutduğunu bilsən uğunub gedəcəksən. Soruşdum ki, nəymiş məsələ? Deyim, siz dä bilin. Sən demə, daha öncə həmin sütunda birinci yerdə Əbülfəz Elçibəy, sonra bizim bu “yeni düha”, ardından da Məmməd Əmin Rəsulzadə gəlirmiş. Digərləri də olduğu kimi. Düzəliş edib Rəsulzadəni birinci yerə keçiriblər və iddia edirlər ki, bununla da tarixi ədalət bərpa olunub!

Bunun adı böyük ayıbdır! Azərbaycan türklüyü adına, çağdaş və əski Azərbaycan tarixi adına ədəbsizlikdir bu! Saxta mandat alıb parlamentə düşmək o demək deyil ki, Azərbaycan və türklük tarixinin ən böyük şəxsiyyətlərini ayaqlar altına ata bilərsən! Sənin axı adının belə onlarla bir sırada çəkilməsi böyük ayıbdır! Olsa-olsa onların əməllərindən, yazdıqlarından, etdiklərindən bir şeylər öyrənə bilərsən! Yoxsa özünü onlarla bir sırada görmək?! Bu lap ağ oldu! Həm dä özünü milli dava adamı elan etməklə! Burda isə lap ağappaq oldu!

Sonda bu cür adamları özünə “öndər” seçən gənclərə üz tutmaq istərdim: belələri parazitdir, uzaq olun onlardan! Bu cür adamlar milli davanı sapdırmaqdan başqa bir şeyə xidmət etmirlər, xəbəriniz olsun! Əsl milli dava adamları özlərini tarixə heç zaman sırımadılar, sırımazlar da! Elə Rəsulzadə kimi, Elçibəy kimi, Xətai kimi, Atatürk kimi, Səttarxan kimi, Pişəvəri kimi! Çünki bu böyük şəxsiyyətlərin dərdi özlərindən yalançı öndər düzəltmək deyil, millətinə bir fayda vermək olub!

 

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button