Rubrikalar: MARAQLI XuralTAC

Pənah Hüseyn futbol oynadı, nəvəsi etiraz etdi: “Dədəmi niyə udursunuz…”

Kişilərin sosial statusundan və yaşlarından asılı olmayaraq, futbola olan maraqları hər kəsə məlumdur.

Bu dəfə futbolla bağlı paylaşımı ilə sabiq baş nazir Pənah Hüseyn diqqət mərkəzinə düşüb.

Belə ki, o, dünən öz yaxın dostları ilə oynadığı oyundan sonrakı təəssüratını izləyiciləri ilə bölüşüb.

Musavat.com sabiq baş nazir Pənah Hüseynin paylaşımını olduğu kimi sizlərə təqdim edir:“Dostların xahişi ilə bu günkü futbol oyunumuza dair xəbərə komentimi ayrıca status şəklində paylaşıram.

“Oyunda bizim komanda darmadağın hesabla (5- 21) uduzsa da unudulmaz bir saat yaşadıq. Baxmayaraq ki, oyunun gedişində məlum oldu ki, rəqib komandada peşəkar futbolda olmuş oyunçular var, rəqibləri qələbə münasibəti ilə ürəkdən təbrik etdik. Mən şəxsən 10-cu dəqiqədə hər iki diz qapağından ciddi zədə almağıma rəğmən bütün matçı axıradək oynadım. Bütün 1 saatda dayanmadan hərəkət etdim. Bir neçə dəfə xuliqanlıq dərəcəsində kobud oyuna yol verdim ki, buna görə özümü haqlı saymıram. Ancaq açığı peşmançılıq hissi də nədənsə yoxdur. Nəvəm Altay rəqib komandaya küfür edə-edə “nə üçün dədəmi udursunuz” deyib, meydana hücum edəndə isə qəşş etdim. Eşq olsun futbola, və şükür olsun Allaha ki, bizə hərdən belə anlar yaşadır. Ayaq barmaqlarım və dizlərim qanın içindədir. Bir neçə yerdə şiş və hemotoma var, amma oturub bunları yazdım. Növbəti oyunda mütləq qalib gəlib, bu rüsvayçı məğlubiyyətin əvəzini çıxmaq üçün nəticələr çıxarılacaq, komandada dəyişikliklər ediləcək”.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mikayıl Cabbarov əsas nazir oldu

Rövşən Ağayev: “Baş nazirlik institutunun ləğv olunması ən doğru addım olardı” “Prezident İlham Əliyevin 23 oktyabr sərəncamlarını struktur islahatları adlandırmaq…

23 Oktyabr 2019 8:48 axşam
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Ramiz Mehdiyev getdi!

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz…

23 Oktyabr 2019 8:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
Xural.COM