Pənah Hüseyn hərəkətə keçdi-AXP Siyasi Şurası toplandı, mühüm qərarlar alındı

Xural.com xəbər verir ki, dünən – 04 avqust 2019-cu ildə Azərbaycan Xalq Partiyasının Siyasi Şurasının yeni icarəyə götürülmüş AXP qərargahında ilk toplantısı olub. Elçibəy hökumətinin Baş Naziri Pənah Hüseynin sədrlik etdiyi partiyanın Siyasi Şurasının toplanması siyasi arenanın fəallaşdığı bir dövrə təsadüf edir. AXP Siyasi Şurasının bu keçirilən iclasında bəzi qərarlar alınıb. Partiyanın sədri Pənah Hüseyn bu haqda özünün facebook səhifəsində yazıb. Xural.com Pənah Hüseynin yazısını təqdim edir. Beləliklə, AXP Siyasi Şurası aşağıdakı qərarları alıb:

1. Ümumi ictimai-siyasi vəziyyət. “Köklü islahatlarla dəyişikliklərə doğru” platforması çərçivəsində AXP-nin fəaliyyəti haqqında partiya sədri Pənah Hüseynin məlumatı nəzərə alınsın.
2. Çağdaş siyasi durumda AXP-nin strategiya və taktikasının müzakirə edilib müəyyənləşdirilməsi məqsədilə 2019-ci ilin noyabr ayında AXP-nin konfransının keçirilməsi məqsədəuyğun sayılsın. Konfransın partiya nizamnaməsinə uyğun keçirilməsi məqsədilə Pənah Hüseynin sədrliyi ilə təşkilat komitəsi yaradılsın. (AXP Nizamnaməsində Konfrans məsələsi aşağıdakı maddələrdə və şəkildə təsbit edilib: …6.2. Partiya siyasətinin vacib məsələlərini müzakirə etmək üçün Mərkəzi Şura qurultaylararası dövrdə partiya konfransı çağıra bilər. 6.2.1. Konfransa nümayəndəlik norması və onun keçirilmə qaydası Mərkəzi Şura tərəfindən müəyyən edilir. 6.2.2. Konfrans seçilmiş nümayəndələrinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərarlar bu Nizamnamədə nəzərdə tutulan xüsusi hallar istisna olmaqla sadə səs çoxluğu ilə qəbul edilir – P.H.)

3. Bələdiyyə seçkilərində iştirak haqqında məsələ AXP Mərkəzi Şurasında müzakirəyə çıxarılsın. AXP-nin Mərkəzi Seçki qərargahı yaradılsın. Məsələnin icrası Siyasi Şura üzvü Məzahir İsrailova tapşırılsın.
4. AXP IV Qurultayında Nizamnaməyə edilmiş dəyişikliklər Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alındığına görə bir aydan gec olmayaraq AXP Nizamnamə və proqramının yeni nəşrinin həyata keçirilməsinin təmin olunması Qiyas  Sadıqova tapşırılsın.
5. Partiyanın yeni bank hesabının açılması məqsədəuyğun hesab olunsun.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button