Pənah Hüseyn: “İranın Qarabağ siyasətini şiddətlə pisləyirəm!”

Xocalı soyqırımı günlərində işğalçı və terrorçu Ermənistanın dövlət başçısının İran İslam Respublikasın – da qəbulu, görüşləri, verdiyi pozlar, bəyanatlar, İrandakı erməni diasporu şəxsləriylə görüşdə, Tehranda Qarabağ ermənilərindir şüarı rəzaləti İran adına da, islam adına bir ləkədir və heç bir “Qarabağ islam torpağıdır” deməklə bu ləkəni silmək olmaz.!

İran rəsmilərinin işğalçı, terrorçu, əli minlərlə müsəlmanın qanına batmış, açıq-aydın müsəlmanlara qarşı səlib yürüşü apardığını bəyan edən, dini düşmənçilik siyasəti yürüdən Ermənistanı himayə siyasətinə haqq qazandırmaq olmaz!

İran rəsmiləri açıq şəkildə “Qarabağ Azərbaycan torpağıdır” deməyə belə lüzum görmür!?

Əgər İran da Qarabağ məsələsində Türkiyə kimi – nə qədər ki, Qarabağ işğal altındadır biz Ermənistanla münasibətləri normallaşdırmayacağıq desəydi xalqlara zülm gətirən bu münaqişə, müharibə bəlkə də çoxdan qurtarmışdı!
İranın Qarabağa münasibətdə belə siyasətinin müdafiəsinə, vəkilliyinə neçə qalxmaq olar? İnsanlarımızın bu siyasətdən haqlı narazılığına, qəzəbinə, qınaqlarına neçə qarşı çıxmaq olar? Akif Nağı bunu necə edə bilir?! Ən azı susmaq doğru olmazdımı?!
Mən İranın rəsmi dairələrinin mövcud Qarabağ siyasətini və işğalçı Ermənistanla dostluğunu qəbul etmirəm, qınayıram, şiddətlə pisləyirəm və soydaşlarımızın etirazları ilə həmrəyəm.
QARABAĞA AZADLIQ!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button