Pənah Hüseyn Musatafa Hacıbəyli ilə bağlı sərt bəyanat verdi: “…gerici və təxribat xarakterli təqibdir”

Partiyanın mətbuat xidmətindən xural.com-a daxil olan məlumata görə, Azərbaycan Xalq Partiyasının Siyasi Şurası “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat mərkəzinin rəhbəri Mustafa Hacılının Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum etməsini birmənalı şəkildə siiyasi təqib aktı, söz və mətbuat və ifadə azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirir.

Son dövrdə Mustafa Hacılı və digər elektron KİV rəhbərlərinə və əməkdaşlarına qarşı həyata keçrilən hərəkətlər, məsələn, birdən-birə Xəzər rayonunda üç vətəndaşın dərc edilmiş məqalələri oxuraraq güya qorxuya düşmələri və bunun başqa bir mətbu orqandan götürülən materialı dərc etmiş KİV nümayəndəsinə qarşı cinayət təqibi üçün əsas götürülməsi halı, hətta Azərbaycan üçün də bu vaxta qədər görünməmiş, analoqu olmayan yeni repressiya formalarının tətbiqi mərhələsinin başlanması deməkdir. Bu, nəinki XXI əsrin ikinci ongünlüyündə yaşayan bir cəmiyyətin üçün, hətta orta əsrlər dövrü üçün də tam bir rüsvaycılıq, rəzalət sayıla bilər.

Tək Mustafa Hacılıya qarşı bu həbs qərarı kifayətdir ki, son günlərdə nəhayət ki, İlham və Mehriban Əliyevlərin guya islahatlara meylləndiyi haqqında bəzi iqtidaryönlü dairələrdə yayılan sadəlövh ümidlərin əsassız olduğunu sübut etmək üçün onların opponenetlərinə əsas versin, bu barədə İlham və Mehriban Əliyev təəssübkeşlərinin təbliğatının üstündən iri bir xətt çəksin və müxalifətdə də yeganə doğru mübarizə yolunun radikallıqdan keçməsi tərəfdarlarının mövqelərini ən ciddi şəkildə möhkəmləndirsin.
AXP Mustafa Hacılı haqqında bu qanunsuz, əsassız, ədalətsiz hökmün ləğv edilməsini, bənzər itihamlarla digər KİV- lərə qarşı aparılan məhkəmə təqiblərinin dayandırılmasını tələb edir.
Azərbaycan cəmiyyətini bu cür geriçi, təxribat xarakterli təqiblərlə azadlığa doğru hərəkətdən saxlamaq mümkün olmayacaqdır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button