Rubrikalar: GÜNDƏM SİYASƏT XuralTAC

Pənah Hüseyn Sürət Hüseynova od püskürdü: “…Qələt eləyir, başını daşa döyür”

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, P.Hüseyn iki gün öncə sosial şəbəkədən yazdığı bir statusu xatırladıb, daha sonra öz mövqeyini açıqlayıb. P.Hüseynin statusunu təqdim edirik:

“Bu gün mənə bir neçə KİV-dən sual unvanlanıb ki, Sürət Hüseynovun adından (səsi ilə) ittihamlar yayınlanlanıb, bunlara cavab və ya şərh verim. Demişəm ki, araşdırıb, lazım bilsəm, təzə bir şey varsa 15 iyundan sonra cavablandıraram. Ona qədər, öyrənəcəm ki, Könül Rafiqqızı imzası ilə dərc edilən materiallar Sürət Hüseynovu bağlayırmı? Və Sürət Hüseynöv təsdiqləyirmi ki, bu materaillar onun bilgisi və ya razılığı ilə yayılır, yoxsa özfəaliyyətdir. Bir neçə saata buna cavab olacaq və cavaba adekvat reaksiya da olacaq.”

Bu status iki gün əvvəl yazılmışdı…

Sonra dedilər, həmin “səsi” Qurban Məmmədov da Azefreedoomda səsləndirib. Sonra Ə.Elçibəyin həyat yoldaşının vəfatı hadisəsi oldu. Təziyə ilə əlaqədar Naxçıvana – Kələkiyə getdik. Qayıdandan sonra mənə məlumat verdilər ki, Sürət Hüseynovdan birbaşa nə təsdiq, nə də təkzib gəlməyib. Güya o Yaponiyadadır. Ancaq onun köməkçisi qismində tanınan şəxs bildirib ki, həqiqətən bu yaxınlarda Sürət Hüseynovla özünü jurnalist kimi təqdim edən biri ilə yayılmaq üçün nəzərdə tutulmayan söhbəti olub. Bu, məncə elə dolayısı təsdiqdir. Mən o “səsi” dinlədim.

Əvvəla, mən bir qadının arxasında gizlənib (material Könül Rafiqqızı imzası ilə yayılıb) küçə qadınlarına xas söyüşlər söyən birisinə baş qoşub cavab verməyi nə özümə, nə digər dostlara, ümumiyyətlə, özünü tanıyan heç kişiyə yaraşdırmaram. Bu cür hərəkətin də adı q……dir. O ki qaldı onun guya “Təhlükəsizlik Şurasında” ermənilərlə gizli atəşkəs müqaviləsi barədə müzakirələr haqqında axmaqlamağına, o cür düşük, səviyyəsiz şərləmələrə də elə axmaq adamlar inanar. Qələt eləyir, başını daşa döyür”.

Paylaş:

This post was last modified on 17 İyun 2019 1:55 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Başsız medianın yeni sahibləri: Keçid dövrü JURNALISTLƏRI!

İnformasiya elə bir şeydir ki, düzgün idarə edilməsə, yönəldilməsə, hər sözündə dövlət, xalq düşünülməsə, ancaq faciələr törədər. İnformasiya həm də…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azəriqaz” sayğacların dəyişdirilməsi və yoxlanılması haqda

Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Rusiyadan Ermənistana daşınan 400 ton silaha görə Putinə zəng vurdu

Azərbaycan Prezidentinin mətbuat xidməti dövlət başçısı İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında dünən baş tutmuş telefon danışığı ilə bağlı…

13 Avqust 2020
  • CƏMİYYƏT
  • XuralTAC

BNA: “Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb”

Bu gün baş vermiş avtobus yanğınında marşrutun içində yalnız sürücü olub. Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı-FOTO

Mədəniyyət nazirliyində kadr dəyişikliyi davam edir. Xural.com unikal.org-a istinadla verdiyi məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra…

13 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Türkiyənin hərbi rəhbərliyi tam heyətlə Bakıya gəldi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi…

13 Avqust 2020
Xural.COM