Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

Pənah Hüseyn yazır: “Qarabağ Komitəsi”, “Dəyirmi Masa”, yoxsa “Xalq Hərəkatı”?!

Bir çox dostlar son günlər açıqlanan fikirlərlə bağlı mənə müraciət edərək, Qarabağ Komitəsi, ictimai-siyasi qüvvələrin Dəyirmi Masası və ən yaxın günlərdə elan ediləcəyi barədə bəyanatlar səsləndirilən müxalifətçi Xalq hərəkatlının bir-biri ilə əlaqələri və fərqləri barədə mövqeyimi bildirməyimi, bu məsələlərə aydınlıq gətirməyimi xahiş edirlər. Bildirilir ki, müxtəlif məzmunlu açıqlamalar düşüncələrdə qeyri-müəyyənliyə və hətta çaşqınlığa səbəb olur. Adamlar bilmir ki, məsələn, müxalifətin xalq hərəkatı tipli birliyi, təşkilatı yaransa Qarabağ Komitəsi saxlanacaqmı? Yaxud yaradılacağı bəyan edilən Hərəkat Dəyirmi Masanın davamıdırmı, onu əvəz edirmi və ya təmamilə yeni təsisatdır? Qarabağ Komitəsi və Dəyirmi Masa arasında münasibət nədən ibarətdir və fərqlilik nədir, nəzərə alaraq ki, general İsgəndər Həmidovun təşkilatçılığı ilə keçirilən 25 dekabr tarixli, “Azərbaycanda mövcud ictimai-siyasi durum və müxalifətin vəzifələri” mövzusunda keçirilən Dəyirmi Masa iştirakçıları arasında Qarabağ Komitəsinin əksəriyyəti iştirak edirdi? Başqa suallar da qoyulur.

Qeyd etməyi zəriri hesab edirəm ki, aşağıda bu suallara verdiyim cavablar mənim subyektiv yanaşımımı ifadə edir və heç bir halda adı çəkilən mövcud qurumların və yaradılması gözlənilən təsisatların təşəbbüsçülərinin rəsmi, razılaşdırılmış, ümumi mövqeyi deyildir. İstisna Qarabğ Komitəsinin Əsasnaməsində və digər qəbul edilmiş sənədlərində təsbit edilmiş müddəalar ola bilər. Habelə nəzərə almaq lazımdır ki, 25 dekabr tarixli, adı yuxarıda çəkilən Dəyirmi Masada iştirakçılar qərara almışdılar ki, Dəyimi Masa davam etdirilsin və onun ikinci toplantısının və ya ikinci Dəyirmi Masanın hazırlanması, 25 dekabr tarixindəki toplantıda səsləndirilmiş fikir və təkliflərin ümumiləşdirilərək yekun sənədin (sənədlərin) hazırlanması üçün tədbirdə iştirak edən siyasi partiya sədrlərindən ibarət işçi qrup yaradılsın.

Əvvəlcə Qarabağ Komitəsi və onun taleyi barədə

Qarabağ Komitəsi ilə bağlı məsələ müəyyən dərəcədə aydındır. Qarabağ Komitəsi məram, məqsəd, prinsiplərini və reqlament, prosedur, idarəetmə qaydalarını əks etdirən Əsasnaməsi və təşkilatlanma ilə bağlı digər normativ sənədləri, fəaliyyət planı, Qarabağ məsələsi və onunla bağlı sahələrə dair mövqe xarakterli bəyanat, məhkəmə şikayət ərizələri və s. olan, müntəzəm şəkildə toplanan, kütləvi aksiyalar, dəyirmi masalar və s. tədbirlər keçirən, ictimai rəydə tanınan və qəbul edilən formalaşmış, strukturlaşmış bir birlikdir, təşkilatdır, qurumdur.
Qarabağ Komitəsi müxalifət birliyi deyildir, Qarabağ mövzusunun daxili siyasi münasibətlərdə istifadəsini məqsəduyğun hesab etmir və zərərli sayır, siyasi fəaliyyətlə məşğul olmur (yəni seçkilərdə iştirak etmir və hakimiyyətə gəlmək məqsədini qoymur) və orada siyasi mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq qurumun əsasnaməsində göstərilən məram, məqsəd və prinsipləri qəbul edən hər bir vətənpərvər şəxs və təşkilat ola bilər.
Qarabağ Komitəsi məram və məqsədlər olaraq öz qarşısına Qarabağ məslələsinin bir nömrəli məsələ kimi Azərbaycan cəmiyyətinin və dünya azərbaycanlılarının gündəmində saxlamaq, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hakimiyyətinə Qarabağın azadlığı üçün ictimai təzyiqi təşkil etmək, Qarabağ uğrunda mübarizəni, əsas kimi dövlətin fəaliyyəti saxlanılmaqla, dövlət səviyyəsindən ümumxalq səviyyəsinə keçməsinə nail olmaq, təslimçi sülhün qarşısını almaq cəmiyyəti mənəvi-psixoloji cəhətdən işğalçıya qarşı Vətən müharibəsinə hazırlamaq, bu məram və məqsədlər ətrafında Azərbaycanın bütün vətənpərvər kəsimini birləşdirmək kimi vəzifələr qoyur.
Aydındır ki, Qarabağ azad olunana qədər bu məqsəd, məram və vəzifələr öz qüvvəsində qalır və odur ki, Qarabağ Komitəsinin hər hansı bir siyasi qurum və birliyə, təşkilata, o cümlədəh müxalifətçi və ya iqtidaryönlü birliyə çevriməsindən, belə bir qurum və birliklərlə orqanik birləşməsindən və əvəzlənməsindən söhbət gedə bilməz. Şəxsən mən hesab edirəm ki, “Qarabağa azadlıq”, “Ya Qarabağı azad et, ya da get” şüarlarına dayanan, kodlaşdırılan platforma bu dönəmdə ən perspektivli platforma, toparlayacı, səfərbəredici fəaliyyət istiqaməti, ümummilli, xalq hərəkatı kimi, Qarabağ Komitəsi də bu platformanın, fəaliyyətin və hərəkatın təşkilatı kimi mövcud olacaqdır.
Azərbaycan Xalq Partiyası və mən bu birliyin fəaliyyətinin davam etdirilməsindən, daha da genişlənməsindən və möhkəmlənməsindən yanayam və bütün resurs və imkanlarımız bu fəaliyyət naminə sərf ediləcək.

Dəyirmi Masa haqqında

Məlumdur ki, 25 dekabrda bir sıra siyasi partiya nümayəndələrinin və ictimai fəalların iştirakı ilə “Azərbaycanda mövcud ictimai-siyasi durum və müxalifətin vəzifələri” mövzusunda İ.Həmidovun təşəbbüsü, təşkilatçılığı və dəvəti ilə dəyirmi masa keçirildi. Bu tədbir, son dövrlərdə İ.Həmidovun özünün, AXCP sədri Əli Kərimlinin, AzərFreedom internet tv-nin aparıcısı Q.Məmmədovun, mühacirətdə olan polkovnik İsa Sadıqovun əslində, məzmunca fərqli olan müxalifət birliyi, müxalifətdə olan siyasi partiyaların birliyi, iqtidara qarşı və demokratik islahatlar naminə xalq hərəkatı yaradılması çağırışları fonunda və jurnalist Əvəz Zeynallının bu tədbiri “müxalifətin zirvəsi” kimi təqdimatı nəticəsində konkret mövzunun müzakirə edildiyi dəyirmi masa kimi yox, müxalifətin görüşü, sammiti, zirvəsi, müxalifət birliyinin yaranması naminə təşəbbüs yığıncağı kimi qavranıldı. Mənim rəyimə görə son ayların, Qarabağ Komitəsinin yaranması və onun keçirdiyi 29 sentyabr mitinqindən sonra ən mühüm hadisəsi olan həmin bu tədbirdən əldə olunması mümkün nəticələr əldə edildi.

Əvvəla, bəzi aparıcı siyasi partiyaların boykotuna baxmayaraq, Dəyirmi Masada 21 siyasi partiya nümayəndəsinin və yüzlərlə fəalın qatılımı öz-özlüyündə kifayət qədər ciddi nəticədir. İkincisi, müzakirələr nəticəsində Dəyirmi Masanın davam etdirilməsi və bunun hazırlanması üçün işçi qrupun yaradılması qərarı çıxdı ki, bu da əhəmiyyətli nəticə sayıla bilər. Diqqətə alınsa ki, Dəyirmi Masa faktiki olaraq siyasi cəhətdən mövcud Azərbaycan iqtidarına müxalifətdə olan və ya müxalifətdə olduğunu bəyan edən siyasi qurum və müstəqil fəaliyyət göstərən şəxslərdən ibarət idi, davam edən Dəyirmi Masa ideyası formalaşarsa bu, əslində, ən yumşaq formada müxalifət birliyi formatlarından biri hesab edilə bilər.
Lakin mən şəxsən müntəzəm şəkildə toplanan, nisbətən dayanıqlı, stabil tərkibə malik bir format alınarsa burada müxalifətdə olmayan siyasilərin və müstəqil ekspertlərin iştirak etməsini də mümkün sayıram. Məncə hər halda 25 dekabrda razılaşdırılmış qərara uyğun olaraq bu Dəyirmi Masanın ikinci toplantısının keçirilmsinə nail olmaq lazımdır və səy etmək vacibdir ki, həmin toplantıda daha geniş təmsilçilik olsun.

Prinsipcə Dəyirmi Masa ozünü, məsələn, Azərbaycanda fəaliyyət göstərən demokratik qüvvələrin və ya demokratik-vətənpərvər qüvvələrin Dəyirmi Masası elan edə bilər və hər dəfə toplantıda iştirak edən, səs verən, imza qoyan təşkilatların və şəxslərin adından istənilən məzmunda qərarlar (o cümlədən kütləvi aksiyalar keçirilməsi haqqında), bəyanatlar və s. qəbul edə bilər, yəni faktiki olaraq hərəkat tipli təşkilatlanma forması kimi fəaliyyət göstərə bilər. Mənim fikrimcə bu tipli təşkilati fəaliyyət bir-biri ilə ən müxtəlif ziddiyyətli münasibətdə olan, fərqli ideoloji platformaya, geosiyasi meyllərə malik şəxslərin və təşkilatların xüsusi mənəvi-psixoloji və s. problemlər və məsuliyyət yaranmadan bir yerdə işləmələrinə şərait və imkan yaradır və indiki halda ən əlverişli formadır.

“XALQ HƏRƏKATI” deyilən məsələ barədə

Nəhayət, sistem xarakterli, konkret siyasi məram və məqsədlərin, ideoloyji prinsiplərin əks olunduğu platforma əsasında, iyerarxik təşkilati struktura, idarəetmə orqanlarına, qarşılıqlı öhdəliklərə malik hərəkat-təşkilatın, bir növ SUPER PARTİYA-nın yaradılması ideyası təklif edilir. Bu yeni hərəkat təklifi əlbəttə ki, müzakirəyə layiqdir.
Ancaq artıq ictimai rəydə özünə yer etmiş Dəyirmi Masa nə üçün və başlıcası necə belə təşkilatla əvəzlənəcək?
Dəyirmi Masada iştirak etmək və orada müzakirəyə çıxarılmış məsələlər barədə qərar qəbul etmək və bu qərarın icrası naminə birgə fəaliyyət bir ayrı məsələ, təşkilat kimi təqdim edilən bir qrumda bərabər hüquqlu üzvlər kimi fəaliyyət göstərmək tamam ayrı məsələdir.
Məsələn, mən bu cür vəziyyətdə qalsam, seçməli olacam ki, oradakı hansısa konkret şəxslə bir təşkilatda ola bilərəmmi? Eləcə də bəzilərində mənə münasibətdə belə bir sual yarana bilər. Heç bir ümumi məqsəd, məsələn, mövcud iqtidara qarşı olma və onun getməsinə çalışma ümumiliyi bu sualı, problemi aradan qaldıra bilməz. Və beləliklə, Dəyirmi Masa tipindən daha sıx təşkilatlanma tipinə keçilən anda qopmalar başlayacaq. Nəzərə alınsa ki, biz indi nəinki qopmalara yol verməməliyik, azalmamalıyıq, əksinə, bu gün qoşulmayanların gəlməsinə səy göstərməliyik və nail olmalıyıq ki gəlsinlər, yəni çoxalmalıyıq. O halda “kim razı deyilsə gedə bilər, qalanlarla davam ediləcək” mövqeyinin nə qədər yanlış olduğunu başa düşərik. Hərəkat necə adlanır adlansın, ideya, konkret halda xalq hərəkatı ideyası prosesin başlanması üçün zəruri yetərli maddi qüvvəyə çevrilmədən, yəni kütlələrə yiyələnmədən, kütləviləşmədən sərt təşkilati çərçivəyə salındığı andan bitəcəkdir. Belə halda labüd olan lider məsələsinin hansı fəsadlara səbəb olacağı da bir ayrı problemdir. Mənim təklifim ondan ibarətdir ki, Dəyirmi Masa tipindən daha yüksək təşkilatlanma səviyyəsinə keçid hələ tezdir. Hətta təşəbbüsçülərin əksəriyyəti (məsələn, 25 dekabrda yaradılmış işçi qrupun əksəriyyəti) bunda israr edərsə ki, belə situasiya da gözləniləndir, mən təklif edəcəm ki, bu gün həmin modeli mümkün sayanlar prosesi aparsın, lakin eyni zamanda pralel olaraq Dəyirmi Masa da saxlanılsın. Lakin belə bir vəziyyətdə biz üç müstəqil təşkilatlanma prosesi ilə üz-üzə qalacağıq ki, bunlar arasında ziddiyyət və rəqabəti, ictimai şüurda qeyri-müəyyənliyi, qarışıqlığı, təzyiqləri istisna etmək, görməzlikdən gəlmək olmaz. Bura hər üç təşkilatlanma tipinə bir tərəfdən iqtidarın, digər tərəfdən qoşulmayan kifayət qədər təsirli müxalifət dəstələrinin antitəbliğat təzyiqlərini əlavə edin. Odur ki, qərarlar qəbul etmədən əvvəl bir qədər düşünməyə dəyər.

Xural.com

Paylaş:

This post was last modified on 31 Dekabr 2018 2:35 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Quruluş Osman”ın 3-cü bölümü-VİDEO

Xural.com Osmanlı imperiyasının qurucusu Ərtoğrul Qazi oğlu Osmanın dövləti necə qurmasından bəhs edən "Quruluş Osman" filminin 3-cü bölümünü təqdim edir:…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

TV Musavatda Əvəz Zeynallı-Bəhruz Quliyev debatı-VİDEO

TV Musavatın "Canlı debat" layihəsində ölkə gündəminin müzakirəsi - parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı,…

6 Dekabr 2019
  • GÜNDƏM
  • KRİMİNAL
  • XuralTAC

Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib

Onun və mühafizəçisinin güllələnməsilə bağlı cinayət işi məhkəməyə göndərildi Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım…

6 Dekabr 2019
  • CƏMİYYƏT
  • XuralTAC

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. Xural.com xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat…

6 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Bratislavada nə baş verib?-Ermənistan müxalifəti izahat tələb edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada baş tutan son görüşü Ermənistan müxalifətini şübhələndirib. Xural.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki,…

6 Dekabr 2019
Xural.COM