Pənah Hüseyndən açıqlama: “Ordu, Dövlət, Ali Baş Komandanlıqla bir yerdəyik!”

Ermənistan bu gün səhər saatlarında yeni torpaqlarımızın işğalı üçün silahlı hücum əməliyyatlarına başlayıb. Bu xain əməliyyatılara bütün sərhəd boyu Azərbaycan Ordusu tərəfindən müqavimət göstərilir. Azərbaycan cəmiyyəti və siyasi partiyaların reaksiyası gecikmədi. Azərbaycan Xalq Partiyasının mətbuat xidmətindən xural.com-a daxil olan məlumatda deyilir:

“Düşmənin silahlı təcavüzü ilə üz-üzəyik. Torpaq, Şərəf, Namus uğrunda Vətən müharibəsi, Xalq müharibəsi gedir. Azərbaycan Xalq Partiyası düşmənə qarşı, təcavüzün dəf olunması naminə aparılan bu savaşda qeyd-şərtsiz Ordu, Dövlət, Ali Baş Komandanlıqla bir yerdə olduğunu bəyan edir və təcavüzkarın cəzalandırılması üçün atılan və atılacaq bütün addımları müdafiə etdiyini bildirir. Əli silah tutan bütün partiya üzvləri cəbhəyə getmək üçün könüllü yazılmağa hazırdır.

Hər şey Vətən üçün, hər şey Qələbə üçün!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button