Pənah Hüseynin partiyası üçün yeni dövr başlayır

Keçmiş baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının yaxınlarda yeni qərargaha yerləşəcəyi gözlənilir.

Yarandığı gündən indiyə qədər uzun müddət keçsə də, qərargahsız fəaliyyət göstərən partiyanın sədri Pənah Hüseyn bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ofisin sahibi ilə bugünlərdə müqavilə imzalanması nəzərdə tutulub:

“Ofis Azadlıq prospektində, keçmiş ”Karl Marks heykəli” deyilən ərazidə yerləşir. Təxminən 60 kvadratmetrlik ofisdir. Mən AXP sədri olaraq, hətta Milli Məclisdə deputat olduğum zamanlarda Əmlak Komitəsinə, Prezident Administrasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət eləməyimə baxmayaraq bizim partiyaya qərargah verilməyib. İllərdir qərargahsız fəaliyyət göstərmək məcburiyyətindəyik. Əslində qanuna görə dövlət qeydiyyatda olan normal siyasi partiyaların fəaliyyəti üçün şərait yaratmağa borcludur. Təəssüf ki, indiyə qədər AXP-yə nəinki hökumət ofis ayırmayıb, hətta elə bir mühit yaradılıb ki, vətəndaşlar və ya hüquqi şəxslər şəxsi obyektlərini siyasi partiyalara icarəyə verməkdən çəkinir, ehtiyatlanır”.

Bəs qərargahı olmaq partiyanın işinə müsbət təsir edəcəkmi?

Pənah Hüseyn qeyd etdi ki, partiyanın qərargahının olması normal işləmək üçün zəruridir. Şübhəsiz ki, AXP-nin işinə qərargahının olması müsbət impuls verəcək. Siyasi partiyaların mərkəzi qərargahları ilə yanaşı, rayon şöbələrinin də ofisləri olmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button