Pərviz Həşimlinin evi qarət edildi

“Gununsesi.org” saytının Baş redaktoru Pərviz Həşimlinin yaşadığı mənzil qarət olunub. Moderator.az xəbər verir ki, bu barədə jurnalistin özü dünən gecə bununla bağlı FB profilində status yazıb:
“Mənzilimdən oğurluq olub. Kompüterlər, printerlər, suvenirlər… Hələlik gözümə dəyən bunlardır. Qapıya açar salıb açmaq istəyəndə, gördüm ki, açıqdır. İçəri daxil olanda qarışıqlıq gördüm.  Yeni mənzildi deyə,  bura ofisimə aid əşyaları yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar”.
P. Həşimli sonradan Moderator.az-a bildirib ki, 102 xidmətinə dərhal zəng edib və polislər hadisə yerinə gələrək mənzilə baxış keçirib müvafiq tədbirlər həyata keçiriblər. Oğruların yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat-axtarış tədbirləri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button