Pənah Hüseyn: “Biz həmişə ordu və dövlətin yanında olacağıq”

Düşmən Ermənistan daxildən çalxalanır. Bu gün silahlı qüvvələrin baş qərargahı bəyanat verərək, baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

Ordunun qiyamından sonra erməni baş nazir tərəfdarlarını Respublika meydanına çağırıb.

Hər kəsə bəllidir ki, Nikol devrilərsə, təcavüzkar ölkədə hökumət başına müharibə istəyən revanşistlər, yəni “Qarabağ klanı” keçəcək. Onların Paşinyanı devirməyin vacibliyi barədə əllərindəki əsas arqument II Qarabağ savaşında ordularının Azərbaycan tərəfindən darmadağın edilməsidir.

Əgər revanşist qüvvələr hakimiyyəti ələ keçirsələr, Azərbaycanla yenidən müharibəyə başlasalar, ölkə müxalifəti 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də hökumətə dəstəklərini tam ifadə edəcəklərmi?

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn Müsavat.com-a mövqelərində heç bir dəyişikliyin olmadığını qeyd etdi: “Biz həmişə ordu və dövlətin yanında olacağıq. Vətən müharibəsində belə oldu, bundan sonra da hər hansı bir xarici təcavüzə qarşı mübarizədə birlikdə olmaq məramımızdır. Burada hər hansı bir dəyişiklik yoxdur. Baş verənlər Ermənistanın daxili işidir. Amma hesab edirəm ki, Azərbaycan dövləti hazırda bu məsələ ilə əlaqədar ən müxtəlif, o cümlədən, ən pis ssenarilərə qarşı özünün hərəkətini müəyyən etməlidir. İstənilən halda hər hansı bir şəkildə müəyyən təcavüz hallarının bərpa olunması yaranarsa, düşmənin bu cür hərəkətlərinin qarşısı ən ciddi şəkildə alınmalıdır. Hesab edirəm ki, Azərbaycan xalqının bu məsələdə mövqeyi dövlətin yanında olacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button