Pərviz Həşimli əfv fərmanı barədə bəyanat yaydı

“Düşmən ölkə Ermənistandan olan əsirləri azad edən bir dövlət, günahsız həbs edilən vətəndaşların illərlə həbsdə qalmasına göz yumur”

Həbsdə olan jurnalist Pərviz Həşimli bəyanat yayıb. Bu barədə jurnalistin vəkili Bəhruz Bayramov məlumat verib.

Məhbus jurnalist “Eldar Mahmudov və onun cinayətkar şəbəkəsi ifşa olunana qədər əfv barəsində düşünməmişəm”,-deyə bildirib: “Çünki bu gün həbsdə olan Elçin Quliyev açıq şəkildə mənə deyirdi ki, Eldar Mahmudov istəməsə, sən azadlıq görməyəcəksən və səni Qaradağın istisində yandıracaq. Ancaq MTN-dəki cinayətkar qrup ifşa olunandan sonra azadlığa çıxmağıma ümidim yarandı. Göründüyü kimi, bu, baş vermədi. Düşmən ölkə Ermənistandan olan əsirləri azad edən bir dövlət, günahsız həbs edilən vətəndaşların illərlə həbsdə qalmasına göz yumur. Olsun, əsas odur ki, cəmiyyət bizim suçlu olmadığımızı bilir və dözür”. (Moderator.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button