Pambıq tarlasında daha bir kütləvi zəhərlənmə

Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə baş verdiyi bildirilir.

“Report”un Qida Təhlükəsizliyi Agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə iyunun 16-da rayonun Səydimli kəndində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbərdə qeyd edilir ki, xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işlərinin davam etdirildiyi vurğulanır.

Agentliyin xəbərində habelə vurğulanır ki, yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya məqsədi ilə nümunələr götürüldüyü, araşdırmalara başlandığı açıqlanıb.

Xatırladaq ki, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər kimyəvi dərmanlardan zəhərlənmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button