“Panama sənədləri”ndə ABŞ rəsmilərinin adı da var

panama

Panama sənədləri” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MTN) də bəzi bilinməzlərinə işıq tutubmuş.

Strateq.az-ın bildirdiyinə görə, sənədlər MKİ-nin öz fəaliyyətlərini gizləmək üçün“Mossack Fonsec” şirkətindən faydalanmış.

Alman qəzeti “Süddeutsche Zeitung”un xəbərinə görə, bəzi ölkələrin kəşfiyyat idarələri fəaliyyətlərini ört-basdır etmək üçün Panama hüquq firması “Mossack Fonseca”nın xidmətlərindən faydalanmaq məqsədilə saxta şirkətlər qurub. Belə xəfiyyə təşkilatları arasında ən çox gözə dəyən isə MKİ-dir.

“Mossack Fonseca”nın müştəriləri arasında sanksiyalara baxmayaraq, İrana gizli silah satan və əldə edilən gəlirlə Nikaraquadakı kontra-gerillalara maliyyə dəstək verən ABŞ rəsmilərinin də adı var. Həmçinin Səudiyyə Ərəbistanı, Kolumbiya və Ruandada xidmət göstərən və ya onlara məxsus xəfiyyə idarələri üçün çalışan casusların da bu Panama şirkətiylə əlaqələri ortaya çıxıb.

Dünyanı silkələyən və liderləri çətin vəziyyətdə qoyan 11 milyondan çox “kompramat”dan ibarət olan Panama sənədləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən paylaşılıb. Hələ də beynəlxalq jurnalistlər tərəfindən araşdırılan sənədlərin detallarının may ayının başından etibarən açıqlanacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button