“Pandemiya ilə mübarizədə 44 mindən artıq tibb işçisi cəlb olunub”

Əhliman Əmiraslanov deyir...

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hökumətin hesabatı barədə danışarkən bildirdi ki, ötən il pandemiya tədbirləri nəticəsində laboratoriyalar artırılıb. Bundan əlavə, çarpayı fondu 1700-dən 12 minə çatdırılıb. Həmçinin ölkəmizə 4500-dən çox müasir tibbi cihaz və avadanlıq gətirilib. Süni tənəffüs aparatlarının sayı 600-ə çatdırılıb, 10 EKMO cihazları, 16 KT alınıb.

Komitə sədri bildirdi ki, ölkəmizdə COVİD-19-a yoluxanların sayı 240 minə çatıb. Ə.Əmiraslanovun sözlərinə görə, Belçika, İsveç, Yunanıstan, Çexiya, Macarıstanla müqayisədə yoluxma sayı Azərbaycanda 2,5 dəfə azdır. Ölüm göstəricinə görə statistika da aşağıdır. Komitə sədri dedi ki, artıq yanvarın 1-dən etibarən ilk dəfə olaraq peyvəndləmə başlayıb, 460 min nəfər peyvəndlənib. Çin istehsalı olan vaksinlərdən istifadə olunur, digər ölkələrdən də peyvəndlərin gətirilməsi nəzərdə tutulur. Ümumilikdə 4 milyon peyvəndin alınması planlaşdırılır.

Ə.Əmiraslanov icbari tibbi sığortanın həyata keçirilməsindən əhalinin məmnunluğunu söylədi. Qeyd etdi ki, pandemiya ilə mübarizədə 44 mindən artıq tibb işçisi cəlb olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button