Papağımı axtarıram…

Sakit Orduxanlı
“Xural”ın Cənub Bürosunun rəhbəri

Vətən, Torpaq, Yurd Savaşında itirdiyim papağımı!!!

…Vətən, Namus, Qeyrət adlı papağımı!
…Zaman-zaman namussuz farsın, qeyrətsiz rusun, vətənsiz, namussuz, qeyrətsiz ermənin oğurlayıb hələ də qaytarmadığı papağımı!
…Təbriz, Zəngəzur, Dərbənd, Qarabağ adlı papağımı!
…Qız-gəlini, ana-bacısı fars, erməni əsiri olduğundan məndən namus, vətənində vətənsiz, yurdunda yurdsuz olan qaçqın, köçkün soydaşlarıma görə məndən qeyrət uman papağımı!
…Soyadı hələ də və hələ ki rus, fars sonluqlu papağımı!
…Əlifbası, dili, dini, düşüncəsi və hər mənada özü və sözü farslaşan papağımı!
…Təqvimdəki qara günləri özünün, bayramları özgəsinin adıyla yaşamağa məhkum olunmuş papağımı!
…Təbriz, Dərbənd…, Qarabağ adlı igidlərin fəryadını, ahını, naləsini eşidə-eşidə qəlbi daşlaşan, zaman keçdikcə mənə yadlaşan papağımı!
…Sahibi ola bilmədiyimdən sahibi hələ ki erməni olan, mənə qaytarılması sahibli köpəklərin sahibinə – rusa, fransıza, amerkana tapşırılmış, taleyi ilə AŞ, ATƏT, NATO oynayan sahibsiz papağımı!
…Ağdamında, Şuşanında…, Laçınında erməninin, Ərdəbilində, Təbrizində…, Tehranında farsın, Dəmirqapı Dərbəndində rusun bayrağı dalğalanan papağımı!
…Öz atasının belindən gəlməyənlərə, vəhşilərə, insan qanına susayanlara savaş açıb öz gücümü göstərmədiyimə görə anamın südünü mənə halal etməyəcək papağımı!
…Üç rəngli bayrağımı boynubükük, Təbriz adlı anamı, Zəngəzur, Qarabağ adlı gəlinlərimi gözüyaşlı, gözüyolda qoyduğumdan başımı papaqsız edən papağımı!
Bəsdirin!!! Bəsdirin, “sülh”, “atəşkəs” adlı yastığın altında papağımı gizlətməyiniz!
Yetər!!! Yetər, “sülh”, “atəşkəs” adlı oyuncaqla papaqsız başımı qatmağınız!
Mən kəsilməyən atəşli “sülh” yox, savaş istəyirəm – Vətən, Namus, Qeyrət Savaşı!
Mən atəşi kəsilməyən “atəşkəs” yox, savaş istəyirəm – Papaq Savaşı!
Açın, açın “sülh”, “atəşkəs” adlı zəncirlə buxovladışınız əl-qolumu…
Ki, Qeyrət, Namus simvolu olan papağımı özüm tapım – Vətən, Torpaq Savaşında!!!
Papağımı axtarıram…
Vətən, Torpaq, Yurd Savaşında itirdiyim papağımı!!!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button