PARÇALAR

Günay Ümid

 Gecə.
Saat on iki.
Şəhər yatmır.
Bu gün dünyanın
havası çatmır.
Səslər atını bağlayıb sükuta susur.
Bu gün şəhər
Son nəfəsdən qurtulmuş ölüm qoxuyur.
Bir şairin cəllad barmaqları
boğur qələmi.
Qara-qara ağlayır qələm.

Göylərdən tale adlanan qəm ələnib.
Küçələrə parçalanmış
Gülüşlər, göz yaşları,
Hönkürtülər, qəhqəhələr səpələnib.
Qismət yelləri
çırpır hərəsini bir pəncərəyə.

Küçənin başında balaca uşaq,
Ayağında yaşlı adam.
Biri danışır.
Biri hürür.
Biri gülür.
Biri hönkürür.
Bu yaşlı adam o uşağın artığıdı.
Qismət yelləri
onların da pəncərəsindən içəri
günlərə parçalanmış
illəri salıb.

Gecə saat on iki.
Saatın əqrəbləri
Doğrayır zamanı.
Parçalara doğranmış zaman
Ağır-ağır, aram-aram
Döndərir dünyanı.

 

MƏNİ  TANI  DEMİRƏM

 

Ey sərv boylu ağacım

Bu gün sənin yanına

Dərdləşməyə gəlmişəm…

Baxıb cavan hüsnünə

Mərdləşməyə gəlmişəm…

 

Bilirəm tanımadın

Önündə cılızlaşan,

Qarşında ucuzlaşan

O əyilməz qəddimi…

 

Məni tanı demirəm

Məndən əsər qalmayıb

Bir vaxt hünər qazanan

Sözdə kəsər qalmayıb…

 

Sənə uca deməzdim!

Sənin ucalığını

Cılızlaşan hüsnümün

Önündə görməsəydim…

 

Sənə cavan deməzdim

Ötüb keçən illərin

Üzümdə qırışlaşan

İzini görməsəydim…

 

Məni tanı demirəm,

Yaşanıb xəzanlaşmış

O günlərdə qalmışam.

Məni tanı demirəm,

Xəyalda viranlaşmış

O günlərdə qalmışam.

 

Durdum güzgü önündə

Güzgü də tanımadı.

Mənim nurlu çöhrəmi.

Mən o əksin üzündə

Güzgüyə şəfəq saçan

Cavanlığı görmədim…

 

Məni tanı demirəm,

Tale adlı bir külək

Qopardı ömür adlı

Yarpaqları təkbətək.

 

Məni tanı demirəm,

Qapqara saçlarıma

Həyat sərt əlləriylə

Ağappaq həna çəkib

Ömrün xəzan bağında

Həyat eşqli xəyallar

Sayılan günlər əkib…

 

Ey sərv boylu ağacım

Bu gün sənin yanına

Dərdləşməyə gəlmişəm…

Baxıb cavan hüsnünə

Mərdləşməyə gəlmişəm…

 

Günləri yel tək alan

Ömür heç yarıdırmı?

Məni bu günə salan

Dünya bəs tanıdımı?

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

7 şərh

  1. SENIN NEFESINLE DOGULURAM MEN,
    TANRIYA BU ESQIN DUASI CATMIR.
    SENSIZ HAVAM CATMIR ,BOGULURAM MEN
    SENSIZ BU SEHERIN HAVASI CATMIR…

    Bu serin muellifi AYB-nin uzvu sair ZIYEFETdir,bu serin de muellif huquqlari qorunur,ama nedense yenilik axtarisinda olan GUNAY UMIDDE cox oxsar fikirler gordum bu sairin serlerinde olan fikirlerle..meselen–BU GUN DUNYANIN HAVASI CATMIR…he GUNAY,bu yeqin ondan ireli gelir ki,sair ZIYAFET ser aleminde senin ilk muellimin sayilir,ama maraqlisi budur ki,bele fikirler bu serin tek bu misrasiyla kifayetlenmir,ayri misralarinda da var,meselen,
    KUCELERE PARCALANMIS …GOZ YASLARI SEPELENIB–
    bu senindir ,ama sair ZIYAFET yazib
    UMIDLE BOYLANDIM BOS KUCELERE
    YOLLARA GOZUMDEN YAS SEPELENDI..mence bu qeder tesaduf coxdur bir az..menim de ele bilirem bu sozleri yazmaga tam haqqim catirdi yazdim Gunay..

  2. Chox tesirli ve deyerli yazirsiz Gunay xanim. Yaradiciliginizi o qeder sevirem ki her gece sesli serlerinizi dinledikden sonra yatiram, cox gumanki seri sevenler ve esil poeziyaya qiymet verenler meni anlayirlar. Gunay Umid poeziyasi men deyerdim ki benzersizdir.ilk serhi oxudum, amma muqayise edilen serle benzerlik gormedim. Mence Gunay xanim daha derin felsefi yukle danisir, ve muqaise edilen yazilar arasinda benzerlik bele yoxdur.Innaniram ki bu cur qurama tenqidlere fikir vermeden yenede mehz Gunay Umid olaraq yazacaq ve bizimde ruhumuzu qidalandiracaqsiz.Birde bir xaisim var, kitab yarmarkasinda sizin ser kitabinizi axtardim tapmadim, mene oz imzali kitabinizi hediyye etseniz cox sevinerem. hormetle Mahir Agayev.

  3. gor neyin muzakiresi gedire:)))) mence serin coxda guclu yeri deyil muzakire geden yer, verin ziyafetin olsun o setirler. serin en gozel yeri-

    Bu gün şəhər
    Son nəfəsdən qurtulmuş ölüm qoxuyur.
    Bir şairin cəllad barmaqları
    boğur qələmi.-gozeldi. vurgunam sizin menasli soz potensiyaliniza, qoy qidalansinlar onlarda ozlerine cixsinlar:)))))) esas odur ki ne yazdiginizi bilirsiz gunay xanim.ureyinize ve ruhunuza sagliq

  4. Mence Günay yalnız hiss etdiklerini yazır. Çünki o yazılarda insan özünü asanlıqla tapır. Meselen menim bu gün fikirlerimi,düşüncelerimi ifade ede bilecek bir şeire ehtiyacım vardı,teessüfki şair olmadığım üçün özüm nezmle ifade ede bilmirem fikirlerimi,axtardım ve eynile fikirlerimi oxuyan ve ifade eden bir şeirini tapdım Günayın,ona göre bu qenaete geldim-Səni düşünərək oyanmaq,
    Səni düşünərək yatmaq…
    Və bu əzabı sevmək,
    Bu əzabla sevilmək,
    Nə qədər acizəm…
    Acizlik!
    Bu sevginin göbək adı.
    Qəlb yarası,
    Bu sevginin şirin dadı
    Və bu dadı sevmək,
    Bu dadla sevilmək
    Nə qədər acizəm…

    Getdikcə böyüyür,
    Getdikcə dərinləşir
    Adını belə qoya bilmədiyim sevgi…
    Sən heç
    Səssizliyin necə qulaq batırdığını bilirsənmi?
    Sən heç
    Sənsizliyin sevincini
    Həsrətdə yatırdığımı bilirsənmi?
    Saatların əqrəbləri
    Qucaqlayır zamanı.
    İçim düşüncələrin
    Pıçıltılarında boğulur.
    Və yeni pıçıltılar doğulur…
    Doğulur!
    Və bu pıçıltılar
    Qəlbimə qədər daşıyır səni
    Öldürür məni…

    Mence,sözlerinizde ve fikirlerinizde oxşarlıq ola biler amma kimse yazılarında yaşayır ve yaşadırsa demeli qelbden geli ve öz fikirleridir…

  5. Sən bilməzsən gecəni…Sükutuna qərq olurkən,Tutdunmu qulaqlarını?Sanki vicdanın bağırır qulaqlarına birdən…Getdinmi heç özündən…Özünü dərk edən zaman gecənin zülmətində?Heç vaxt olmadığı tək,Aydın görə bildinmi həyatının əsl mənzərəsini?Lənət işığı duydunmu,Aşiqlərin qucaqlaşıb seyr etdiyi ulduzlu səmadan?Sən heç çarpayında yox,Çarpayının yanında,Ya da başın yataqda,Ayaqları döşəmədə yuxuya getdinmi,Mələfənin siqaretdən yandığını bilmədən?Sən bilməzsən,Sən gecəni görməmisən,Görsən də heç, tanıya bilməmisən…Sənin üçün gecə gecdir, yatmalı.Sən bilməzsən,Nədir bütün həyata olan ümidlərininbir gecədə öldüyünü dərk etmək.Sən bilməzsən,Nədir ayaqda ikən,Xəyallarında dünyanı tərk etmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button