Parlament Nizami Səfərovun Məhkəmə-Hüquq Şurasına üzvlüyünü təsdiqləyib

Milli Məclisin iclasında deputat Nizami Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə baxılıb. Spiker Sahibə Qafarova bildirib ki, bundan əvvəl paerlamentin komitə sədri Ziyafət Əsgərov Milli Məclisi qurumda ləyaqətlə təmsil edib. Buna görə sədr Z.Əsgərova həmkarları adından təşəkkür edib.

Bundan sonra N.Sədfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsi müzakirə olunub. Deputat Razi Nurullayev fikirlərini, yeni namizəddən gözləntilərini bölüşəndən sonra məsələ səsə qoyulub və qəbul olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button