Rubrikalar: GÜNDƏM SİYASƏT XuralTAC

Parlamentin payız sessiyası başladı – Rəfael Cəbraylov mandatdan imtina etdi

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən plenar iclasda əvvəlcə dövlət himni oxundu. Sədr payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, jurnalistləri salamladı.

Milli Məclisin yaz və növbədənkənar sessiyalarını uğurla başa çatdırdığını deyən O.Əsədov dedi ki, parlamentin 17 iclası keçirilib. Parlament xəttilə xarici səfərlər və ölkəmizdə keçirilən toplantılar barədə məlumat verən sədr bildirdi ki, payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə sərfindəki qanun layihələrinin qəbul olunacaq.

Spiker O.Əsədov dedi ki, son günlər deputat Rəfael Cəbrayılov barədə mətbuatda çoxlu yazılar yazılıb. Sədr bildirdi ki, R.Cəbrayılov özü Milli Məclisə müraciət edib. Müraciəti komitə sədri Əli Hüseynli oxudu. Bildirdi ki, R.Cəbraylov mandatdan özü imtina etməsi ilə bağlı müraciət edib. O, seçicilərindən üzr istəyərək bu qərarı verib.

Ə.Hüseynli dedi ki, Milli Məclis qərar qəbul etmir, MSK-ya göndərir.

Siyavuş Novruzov dedi ki, məsələ hüquq çərçivəsində həllini tapıb. Ona görə də bu məsələnin müzakirə olunmasına ehtiyac yoxdur. “İstefa da bir mədəniyyətdir”, – S.Novruzov dedi.

Spiker də müraciətin MSK-ya göndəriləcəyini dedi.

Paylaş:

This post was last modified on 30 Sentyabr 2019 7:35 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu – 02.04.1993-25.11.2020

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər…

25 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın Rus İcması İlham Əliyevə müraciət etdi

Azərbaycanın Rus İcması Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə məktub ünvanlayıb. Xural.com-un məlumatına…

23 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev və Mehriban Əliyeva Ağdam məscidində

Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban…

23 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ombudsman: “Uşaqlara qayğı …şəxsiyyət yetişdirmək kimi ülvi məqsədə xidmət etməlidir”-MÜSAHİBƏ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə apa-ya müsahibə verib. Xural.com…

22 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Bakıda birgə koronavirus reydləri

Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə…

21 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistan yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb. “Report” xəbər verir ki, məlumatları “Novosti Armeniya” yayıb. Argentinada ispan…

21 Noyabr 2020
Xural.COM