Partiya sədrindən “SOS”: “Hökumət ölkədə fahişəliyi stimullaşdırır”

Əli Əliyev

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri

 

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebbook” səhifəsində hakimiyyətin “turizmi inkişaf etdirmək” adı altında ölkənin milli dəyərlərini aşındırdığına dair geniş yazı paylaşıb:

“Hökümət fərsiz olduğunu etiraf etmək istəmir. Əfəlliyin və yarıtmazlığın bariz nümunələri neftin dünya bazarında ucuzlaşmasından sonra əyani surətdə büruzə verməyə başladı.

Pul axını zəifləyən kimi milli valyuta kəskin ucuzlaşdı, korrupsiya qalmaqalları üzə çıxdı, struktur böhranı təzahür etdi… Məlum oldu ki, ölkəyə cavabdeh qurum və şəxslər neft dollarlarından ofşor hesablarını şişirtmək, kənarda daşınmaz əmlaka yatırmaq, oralarda “ehtiyat aerodrom” hazırlamağa sərf olunub. İqtisadiyyat və əhalinin dolanışığı birbaşa neft barrellərinə bağlanıbmış.

Bunu biz müxaliflər bilir, belə omasının yanlış olduğunu bütün səviyyələrdə səsləndirirdik. Lakin beynəlxalq ictimaiyyəti müəyyən üsullarla ələ almış, cəmiyyəti qıpıq etmiş, əhalisi ilə zopa dilində danışan bacarıqsız iqtidarımız, bu illər ərzində içində olduğumuz acı mənzərəni formalaşdırıb.

Qarabağda bir addım belə irəliləməyən, 20-25 illik bioloji varislik üzərində qurulmuş komanda, gələcəkdə də ölkəyə fərqli bir tablo vəd etmir. Pul kasadlığında daxili ziddiyyətləri kəskinləşmiş hakim heyət, suda boğulanın reflektiv hərəkətlərinə bənzər cabalamaqla məşğuldur. Orta əsrlərdə qul əməyini nəzərdə tutan istehsal sahələrini bərpa etməyə, örüş yerlərini ləğv etmək bahasına pambıqçılığı genişləndirməyə, eybəcər, xalqa zidd pensiya hədləri müəyyən etməyə, yanacağın, kommunal xərclərin miqdarını artırmağa canı dildən girişib.

Bütün bunları yazmaqda məqsədim indi deyəcəklərimə əsas yaratmaqdır. “Xalq hakimiyyətinə bənzər” məntiqi doğrudur. Çünki övlad da adətən ailəsinə və dövranına bənzəyir. Hökümətimiz turizmi guya inkişaf etdirir. Üzündə nur əlaməti olmayan insanlar basıb ölkəni. Mənşəyi bilinməyən, simalarında intellektdən əlamət olmayan bu qara kütlə, mərkəzi küçələrimizi, istirahət mərkəzlərimizi işğal ediblər. Əksəriyyəti orta yaş qrupuna məxsus, bir çoxları saçı boyalı bu erkəklər ölkəmizə bir məqsədlə gəlirlər.

Müasir dünyada turizmin çoxcəhətli, peşə və intellekt tutumlu sahələri mövcuddur. Misal üçün qardaş Türkiyədə tibb turizmi geniş inkişaf edib. Bir sıra Avropa və Asiya ölkələrində təhsil məqsədli turizm turları və kampları geniş yayılıb. Biznes istiqamətli, tarixi, arxeoloji, mədəniyyət, ekstremal yönümlü turizm ixtisaslaşmaları da ciddi tələb sferalarındandır. Bütün bunlar normal dövlətlərdə bacarıqlı hökümətlərin marketinq və menecmenti nəticəsində ərsəyə gələn işlərdir.

Fərsiz hökümətlər isə seks turizmini inkişaf etdirir, ölkədə fahişəliyi stimullaşdırırlar. Fahişəliyin inkişafı üçün zatən də fərsizliyi ilə zəmin yaratmış hakimiyyət, səhra mədəniyyətinin daşıyıcılarını paytaxta və digər məkanlarımıza daşımaqla neft dollarlarının yerini doldurmağa çalışır. Afərin YAP-ın iqtisadi fantaziyasına!!! YAP hakimiyyətinə qədər bizim insanlarımız iqtisadi çeviklikləri hesabına başqa ölkələrdə etdiklərini, indi bədəvilər gəlib gözümüzün qarşısında arvad-uşağın hamısına potensial şikarı kimi baxmaqla, həyasız baxış və münasibəti ilə ifadə edirlər.

Ən azı bu əməlinə görə YAP hakimiyyətdən getməlidir. Qarabağı düşmən tapdağında saxlamağı azmış kimi, ölkəni boya-boy seks turizmin oylağına çevirmək əxlaqımıza və mentalitetimizə vurulan sağalmaz fəsaddır”.

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Fahişəliyin müxtəlif növləri var…

    Bunların içərisində ən az əxlaqsızı olan fiziki fahişəlikdir ki, bununla əksərən qadınlar, lakin bir qism kişilər də məşğuldur….

    Lakin bu fiziki fahişələrin sayı 9 milyonun içərisində çox cuzidir… Qoy olsun maksimum 1000 nəfər…

    Bunlar sadəcə bədənlərini satır… Və bunun üçün də müxtəlif səbəblər göstərirlər…

    Lakin, yenə təkrar edirəm, bu fahişəliyin yalnız xırda-xuruş növüdür…

    Fahişəliyin ən dəhişətli növü isə mənəvi fahişəlikdir ki, daha bunu hansısa hakimiyyətin boynuna yazmaq namərdlik olardı..

    Bu fahişəlik əsrlər bəri kütləvi hall alıb və bü cür də gedir…

    Əgər fiziki fahişələrin sayı maksimum min nəfərdisə, mənəvi fahişələrin sayı milyonlarla ölçülür…

    Bunu görməyib fiziki fahişəliyə görə fəryad qoparanlar ya kor, kardırlar ya da mənəvi fahişəliyi normal bir hall kimi qəbul edən “namus”, “qeyrət” maskalı binamuslar, biqeyrətlər… Üçüncüsü yoxdur!…

    O ki qaldı fiziki fahişəliyə, siz indi əyri oturub düz danışın: SSRİ dövründə fiziki fahişələr çox idi ya indi?!… Mən ilk növbədə azərbaycan millətindən olan fiziki fahişələri nəzərdə tuturam…

    Əyə, millətin “qeyrətli”, “namuslu” oğulları, bəs bu necə olur: milli dövlət yaratmısız, hər tində bir məscid tikmisiz, hərəniz saqqal buraxmısız, lakin qız-qadınlarınız bədənini pula satır və hətta bunların sayı müstəqil olmayan, islamın bu dərəcə yayılmayan dövrünə nisbətən indiki dövrdə on dəfələrlə artıb?!…

    Əyə, millətin “qeyrətli”, “namuslu” oğulları, bəs bu necə olur?!..

    Bu idi sizim müstəqilliyiniz?!…

    Bu idi islamı bu millətin canına salmağınızın məqsədi?!…

    Buna görə digər millətlərdən olanları AZərbaycandan qovdunuz, ki azərbaycan qızlarından-qadınlarında çox miqdarda insanları fahişəliyə cəlb edib bunların sayəsində bu milləti dolandırasız?! Bu idi mi məqsəd?!…

    Halal olsun belə millətin “qeyrətli”, “namuslu” oğullarına!…

    İnanıram ki, belə templə getsək fiziki fahişələrin sayı mənəvi fahişələrin sayına çatacaq!…

    Əhsən!…

    Brejnev demişkən: “Əyə, şiroko şaqayet Azərbaycan!”

    Halal olsun SSRİni yıxıb onun yerində bu cür “gözəl” məmləkət quranlara, fahişəliyi insanların çörək ağacına çevirənlərə!…

    Əyə, şiroko şaqayet Azərbaycan!

    Oqtay Ataxan

    19.07.2017.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button