Paşinyan: “Azərbaycan çalışır ki, müttəfiqləri Ermənistana silah verməsin”

Yayımlandı: 29 Sentyabr 2022 12:49

“Ödənişini etdiyimiz silahlar belə bizə çatdırılmır”

“Yüz milyonlarla dollar ödənilib, lakin müttəfiq ölkələr də daxil olmaqla silah tədarükü həyata keçirilməyib”.

Bu açıqlamanı sentyabrın 29-da Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib.

Baş nazir deyib ki, Azərbaycan Ermənistanın müttəfiqləri ilə münasibətlər qurmaqda müəyyən uğurlara malikdir:

“Ona görə çalışır ki, Ermənistana silah verilməsin. Elə hallar var ki, yüz milyonlarla dollar ödənilib, lakin Ermənistana silah tədarükü ilə bağlı öhdəliklər, o cümlədən müttəfiq ölkələr tərəfindən yerinə yetirilmir. Bu, əlbəttə ki, acı bir reallıqdır. Biz bu vəziyyəti dərindən təhlil etməliyik”.

“Başa düşmək lazımdır ki, bütün bunlar Ermənistan tərəfinin öz dövlətçiliyindən, suverenliyindən əl çəkməsi, ərazi bütövlüyü məsələlərində güzəştə getməsi üçün uzağa gedən, bəlkə də, çox da uzaq olmayan məqsədlə baş verir. Ancaq onu da vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü müdafiə etmək əzmindəyik”, – deyə Baş nazir əlavə edib.

N.Paşinyan bildirib ki, Ermənistan beynəlxalq birliyin məsul üzvü kimi Azərbaycanla münaqişənin sülh yolu ilə həll olunması ilə razılaşır:

“Bu vəziyyətdə hesab edirik ki, həll yolu Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi ola bilər, istər BMT Təhlükəsizlik Şurasının, istərsə də BMT Təhlükəsizlik Şurasının missiyası olsun. ATƏT və ya hər hansı digər beynəlxalq təşkilat da ola bilər”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button